Rusiyalı jurnalist Maksim Şevçenko: “Rusiya siyasi sövdələşmə üçün Qarabağda ağrılı nöqtə yaradır”

330

Rusiya Müdafiə naziri Sergey Şoyqu Dağlıq Qarabağa 10.000 əsgər yerləşdiriləcəyini açıqlamışdı. Tanınmış jurnalist Maksim Şevçenko Kremlin planlarını sərt tənqid etdi. Son Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfini tutan rus təbliğatçıları ritorikalarını dramatik şəkildə dəyişdirirlər. Maksim Şevçenko Moskvanın Zaqafqaziyaya-Dağlıq Qarabağa 10.000 sülhməramlı göndərməsi qərarına qarşı kəskin çıxış etdi: “Orada (Dağlıq Qarabağda) Rusiya Federasiyasının hərbçilərinə ehtiyac yoxdur. Bu, Azərbaycanın suveren ərazisidir. Faktiki onlar Dağlıq Qarabağı qoruyacaqlar. Ola bilər ki, mart-aprel ayında müharibənin üçüncü mərhələsi baş versin”. Şevçenko, erməni siyasətçilərini “Rus süngüləri” hesabına yeni müharibəni udmaq istəyində günahlandırdı. “Orada 10 min əsgərə ehtiyac yoxdur, heç bir əsgərə də ehtiyac yoxdur. Orada aralarında Azərbaycana sədaqət and içəcək və onun ordusunda xidmət edəcək ermənilərin də olduğu Azərbaycan ordusu olmalıdır” dedi Şevçenko. “Rusiya daha sonra bazarlıq edəcəyi ağrılı nöqtə yaratmaq istəyir”. Şevçenkonun fikrincə, Qarabağ Jo Bayden ilə bazarlıq obyektinə çevrilə bilər və Rəcəb Tayyib Ərdoğana qarşı mübarizədə Kremlin mövqeyini gücləndirə bilər.

Tərcümə etdi: Ülviyyə Şükürova