“Rusiyanın maskasını çıxardıq. BMT-nin qətnaməsini pozur” – “Vaqner”in peykdən çəkilən fotoları yayıldı

207

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRİCOM) Liviyada yerləşmiş Vaqner qüvvələrinin və Rusiya hərbi texnikasının peykdən çəkilmiş fotoşəkillərini yayıb.

AFRICOM Vaqner qüvvələrinin və Rusiya texnikasının Sirtedəki döyüşlərdə ön cəbhədə olduğunu göstərən 13 və 14 iyul tarixli peyk fotoşəkillərini dərc edib.

AFRICOM-un rəhbər şəxslərindən olan general-mayor Bredford Qerinq deyib: “Rusiya Vaqner qrupunu maliyyə və silah-sursatla təmin edərək Liviyada heç kimə fayda verməyən bir rol oynamaqda davam edir. Peyk görüntüləri Rusiyanın daimi inkar maskasını çıxarır”.

AFRICOM-un kəşfiyyat direktoru, briqada generalı Qreqori Hedfild isə deyib: “Peyk fotoları Rusiyanın böyük canlı varlığını göstərir. Rusiya Liviyada dayaq nöqtəsi axtarmağa davam edir”.

Açıqlamada Vaqnerə İL 76-lar da daxil olmaqla, hərbi yük təyyarələri, hava müdafiə sistemləri də göndərildiyi, peyk forolarında Vaqnerin xidmət maşınları və Rusiyanın zirehli texnikasının da olduğu qeyd edilir, Rusiyanın Liviyaya silah və hərbi təyyarələr göndərməklə BMT-nin Liviyaya silah embarqosu qoyan 1970 saylı qərarını pozduğu vurğulanır.

Bundan əvvəl də AFRİCOM Rusiyanın Liviyadakı qiyamçı Həftər qüvvələrinə Miq-29 və Su-27 təyyarələrini göndərdiyini dəlilərlə bəyan eləmiş, 18 iyun tarixində Rusiyanın Əl Cufra hava bazasına P-8 Terek radarları yerləşdirdiyini göstərən peyk fotolarını yaymışdı.

Hurriyyet.org