Rusiyanın məkrli niyyəti…

357

Biz qələbə qazandıq, rus qoşunu Qarabağa girdi…

“Bir şəm ki, haqdan yana, heç bir bad ilənsönməz”

“Sülhməramlı” qüvvələrin əsl məramı bizə bəllidir. Allaha şükürlər olsun, ölmədim bu günü də gördüm. Qətlə yetirilmiş günahsız insanların, uşaqların qisası alındı, Şuşa məscidinin üzərində əzan səsləndi, hamı üçün əziz olan o torpaqdan ermənilər it kimi qovuldular. Onlarla kəndin, qəsəbənin isə ancaq adları qaldı, hamısı yer üzündən silinib. Mən dağıdılmış, buldozerlə yox edilmiş minlərlə məzardan, türbədən danışmıram. Bəs onların qisası nə vaxt alınacaq, ümumiyyətlə heç olmasa təzminatla da olsa alınacaqmı?

Bizə çox böyük zərbə dəyib, elə yaralar var ki, onlar nə sağalırlar, nə də qaysaq bağlayırlar. Rusiya,müstəqil siyasət yürütməyə başlayan, sərvətlərinə sahib çıxan, heç kimə baş əymək istəməyən Azərbaycanı mütləq vurmalı idi. Və vurdu da! Əvvəlcə tribuna lotularının, çayxana siyasətçilərinin əlləri ilə milləti yetmiş iki tirə edib daxildə xaos yaratdı. Sonra da erməni giyenalarını silahlandırıb “Vur, qorxma, arxanda durmuşam!” əmrini verdi.

Nələrin baş verdiyini hamı gördü. Nəticə göz qabağındadır…

Ən gözəl, ən səfalı, ən axarlı-baxarlı yerlər tarmar, həlak olanların sayı-hesabı yox. Çiçəklənən, sürətlə inkişaf edən, əhalisi tədricən firavan həyata qədəm qoyan, daxili çəkişmələrdən uzaqlaşmış, başı ancaq quruculuq işinə qarışmış, milli, dini ayrıseçkiliyiözünə yaxın buraxmayan Azərbaycan bıçaq kimi Moskvanın gözünə batırdı.

Avantüranın ikinci pərdəsində baş verənləri Rusiya gözləmirdi. O elə bilirdi ki, hakimiyyətin bütün strukturlarında yerləşdirdiyi agentura yenə də məxlətə salacaq, yenə də qaragüruh küçələrə axışacaq, taladıqlarını əldə saxlamaq üçün yerli maqnatlar, oliqarxlar istənilən əcnəbiyə satılacaq və i.a.

Xalq da artıq kimin hansı məzhəbə qulluq etdiyini bilirdi. Prezident İlham Əliyevin məramını, niyyətini başa düşən bütün sadə insanlar onu dəstəklədilər.YAP-ın heç bir tüfeyli ideoloqu döşünə döyüb deyə bilməz ki, burada bizim rolumuz da var. Qazanılmış qələbə sübut etdi ki, Babəkin, Cavad xanın, Şah İsmayılın övladları əsrlərlə səlib dünyasını lərzəyə salmış Osman, Ərtoğrul övladları ilə əl-ələ versə heç kim onlarla bacara bilməz.

İran isə bu dəfə Azərbaycan qarşısında bütün nüfuz və hörmətini birdəfəlik itirdi. İl on iki ay bir zərrə də həya eləmədən şiəlikdən, vəhdətdən dəm vuran İran, səlibçilərin Azərbaycan üzərinə vəhşi hücumlarına nəinki biganə qaldı, hətta onların əlaltısı Erməistanakömək əlini uzatdı. Azərbaycan ordusu artıq quduz giyenaların başlarını əzib onları qovaraqa götürəndə İran rəsmiləri də üzümüzə irişməyə başladılar. İslam, müsəlman həmrəyliyi indi yadlarına düşdü!

İran qorxudan tük atır… O yaxşı bilir ki, Arazdan cənubda yaşayan qırx milyondan çox azərbaycanlı türkü əvvəl-axır şimaldakı qardaşının nailiyyətlərinə, şərəfli mübarizəsinə baxıb ibrət alacaq və fars şovinizminin belini qıracaq.

Bu əlbəttə ki, xülyadır… Yer-göy lərəzyə gəlsə də bu tayfa qəflət yuxusundan ayılmayacaq. Qəddini dikəldən, düşməni xar edən, Bakını məmləkətin neçə-neçə şəhərini cənnətə döndərən, gözəl ordu yaradan bizik. Elə buna görə də  fars şovinisti də rus kimi bizə tərs-tərs baxır, onun da gözü bizi götürmür.

 

Moskvanın diləkləri hasil oldu?

 

Çox məkrli oyun getdi, Moskva sadiq nökırininəzilməsinə, böyük itkilər verməsinə razı oldu. Biz qələbə çaldıq və Rusiya ən müsəlləh, ən hazırlıqlı ordu hissələrini Qarabağa gətirdi və hər şeyi nəzarətinə götürdü. İrəvan aeroportuna düşən ağır yüklü təyyarələrin sayı-hesabı yoxdur. Moskva telekanallarına baxmaq mümkün deyil, gah canıyananlıq edirlər, gah da münsif rolunu boyunlarına götürüb üyüdüb tökürlər.  Rusiya son vaxtlar qərbə meyillənən (gah da bunu istəyən) Ermənistana da qulaqburması verdi. Yəni, ağlını başına yığ, sənin ağan mənəm, çox artıq-əksik eləsən, müharibənin bütün təzminatını gözündən çıxarıb Azərbaycana verərəm və heç bir diaspora dadına çatmaz, Qafqazın ağası bizik.

…Sülhməramlı qüvvələr… XVIII-XIX əsrlərdə bu termin ümumiyyətlə yox idi. Sadəcə olaraq başqa torpaqlara soxulan qəsbkar çox vaxt bu sözləri işlədirdi: “Biz din qardaşlarımızın dadına çatmalıyıq!”, “Dövlətimizn sərhədləri boyu əmin-amanlığı təmin etməliyik!”, “Mədəniyyətin nə olduğunu bilməyən tayfaları maarifləndirməliyik!”, “Onlara xristianlıq nurunu paylamalıyıq!”, “Bütüncəzirələr, vəhşilərin məskunlaşdığı bütün cəngəlliklər Allah tərəfindən bizlərə verilib!”, “Girdiyimiz yerlərdə xaç hər şeydən üstün tutulmalıdır!” və s.

Kommunist ideyalarını üzlərinə niqab kimi tutan “sülhməramlı qüvvələr” ötən əsrin əvvəllərində (1918-1920-ci illər) Bakıda, Gəncədə elə qırğınlar törətdilər ki, onları təsvir etməyə qələm acizdir. Sonra Yanvar qətlamı və tükürpədən Xocalı dəhşəti…

Azərbaycanda körpələri öldürənlər, qız-gəlinin ismətinə təcavüz edənlər də özlərini sülhməramlı adlandırırdılar.

Eşidəndə ki, bu dəfə ölkəmizə soxulanlar kontrakt bağlayanlardır, Yanvar qətlamını xatırladım. Onda əsgər forması geymiş cəlladlara “rezervistlər”deyirdilər. Gecə vaxtı Bakının küçələrini qana bələdilər, səhər tezdən də şəhərdən çıxarıldılar.Respublikanın o vaxtkı binamus rəhbərliyi şəhidlərin sayını gizlətdi və indiyə qədər bir sirr açılmır, indi də Moskvadan çəkinirlər.

Mən inanıram ki, Şuşa kimi müqəddəs məkanı xalqa qaytara bilmiş dədə-baba düşmənimizin belini qırmış İlham Əliyev, heç vaxt imkan verməyəcək ki, Moskvanın muzdluları vətənimizdə çox at oynatsınlar. Ən müasir silahlarla təchiz olunmuş yüz minlik ordu, formalaşan, tədricən olsa da təcrübə qazanan zabit korpusu, öz gücünü başa düşmüş xalq bütün bunlar İlham Əliyevin böyük zəhmətinin bəhrəsidir. Dünənləri yadelli qarşısında xəcil kimi duran millət heç vaxt imkan verməyəcək ki, Moskva onunla ağayana danışsın.

 

İndi isə sözüm sizədir, Polad ağa!

 

…Elə bu əsnada bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun  əsl sayıqlamasından xəbər tuturam. Qəzetlərdən öyrənirəm ki, bu qondarma diplomat cürət edib Prezidentin sözünün üstünə söz qoyub. Hər kəlməsi, hər əməli xalq tərəfindən təqdir və alqışla qarşılanan Prezidentin Qarabağın “statusu” barədə sözləri dünyaya bəllidir. Demək olar ki, bütün ictimaiyyət baş verənlərdən tam baxəbərdir.

İndi isə növbə mənimdir! Polad ağa, yazdıqlarımıdiqqətlə oxu, əgər qəbahətini başa düşüb millətdən üzr istəyib vəzifədən istefa versən, bəlkə də günahından keçərlər, yox, əgər dəbbələsən, hamı sənə ikrahla baxacaq.

Polad ağa, siz, Azərbaycanın rəhmətlik Bülbülə bəstələdiyi böyük sayğı və məhəbbətin sayəsində ağ günə çıxmısınız. Bülbül oğlu olduğunuza görə hər yerdə bütün qapılar üzünə açıq olub. Mən savadsız deyiləm, istər Avropa, istərsə də Şərq musiqisini onundan da olmasa, beşindən yaxşı bilirəm. Üzünüzə deyirəm, siz nə bəstəkar kimi bəstəkar, nə vokalist kimi vokalist deyilsinioz. O cır səsinizlə siz heç vaxt nə Rəşid Behbudovun, nə Müslüm Maqomayevin, nə Pavarottinin, nə də Kobzonun həndəvərindən də keçməmisiniz.

Cavan vaxtın idi, səhnədə cırcırama kimi atılıb düşüb primitiv estrada mahnıları oxuyurdun. Böyük musiqi bilicisi rəhmətlik Əhmədxan Bakıxanov sizin barənizdə dediyi sözləri yadınıza salıram: “Min il dəqalsaydı Azərbaycanda heç kim cürət edib Bülbülü söyməzdi, bu olmasaydı”.

Bir nazir kimi də özünü göstərə bilmədin. İşğal olunmuş bölgələrdə 22 muzey, 4 qalereya talan edildi, bircə dəfə də olsun maraqlandınız ki, bu qədər sərvət hara daşınıb?

“Pambuq bəylətrinin” axmaq hakimiyyəti dövründə Bakının özündə nə qədər asari-ətiqə oğurlandı. (Bu rəzalət barədə sənətşünas Ziyadxan Əliyev və mən bədbəxt dəfələrlə yazdıq, heç kimin vecinə də olmadı) Bir dəfə də cənabınızın səsi çıxmadı, halbuki çox şeylərdən xəbəriniz vardı!

Polad ağa, cənabınıza kim ixtiyar verib ki, durub Qarabağ ermənilərinə mədəni muxtariyyət vəd edəsiniz? Belə ağır günlərdə, siz, ağız-burun bahəm edib Prezidentimizin sözlərinin üstünə söz qoydunuz. Xalq artıq qiymətinizi verib, heç olmasa bu yaşda abırınızı gözləyin və yox olun.

Firuz Haşımov