“Rusiyanın “İnter Rao” şirkəti Akkuyudan getdi”

177

Hurriyyet.org xəbər verir ki, “Dünya.com” adlı internet portalında Kerim Ülkerin müəllifi olduğu məqalə belə adlanır. Məqaləni diqqətinizə çatdırırıq:

Rusiyanın “İnter Rao” şirkəti Akkuyudan getdi”

Türkiyə ilə Rusiya arasında 3 müxtəlif cəbhədə, belə demək mümkündürsə, soyuq müharibə gedir. Suriyada başlanan bu gərginlik əvvəlcə Liviyaya, ardından da Dağlıq Qarabağa yayıldı. Xüsusilə də işğal altındakı Dağlıq Qarabağın 27 il sonra yenidən Azərbaycana qaytarılması prosesində Bakıya tam dəstək verən Ankara Moskva iqtidarını narahat edir.

Bəlli olduğu kimi, Rusiya son 10 il ərzində Türkiyəyə ciddi investisiya qoyub. Rusiya şirkətləri xüsusilə Türkiyədə avtomatik montaj fabrikindən bankçılığa, dərman sənayesindən enerjiyə qədər bir çox sahədə milyard  dollarla hesablanan şirkətlər qurdular, satın aldılar. Lakin 2015-ci il noyabrın 24-də Rusiyanın hərbi təyyarəsinin Türkiyənin sərhədini pozduğu üçün vurulması Moskva ilə Ankara arasındakı gərginliyi artırdı. O dövrün baş naziri olan Dmitri Medvedevin “Türkiyə bizə beynəlxalq hüquqa görə müharibə səbəbi verdi” sözləri ilə qiymətləndirdiyi hadisənin ardından Rusiya Türkiyəni iqtisaidiyyat ilə vurmağa qərar verib. Moskvanın  əmri ilə 5-6 milyon turist Türkiyəyə gəlmədi, bir çox Rusiya şirkəti ard-arda Türkiyədəki layihələrini ləğv elədi, əmlakını satdı, investisiyalarını apardı. Gözlər ən mühüm layihə olan Akkuyu Atom Elektrik Stansiyasına dikildi. Gecikmələr oldu, mübahisələr düşdü, lakin bu gərginliklər bu layihəyə gözlənildiyi kimi təsir eləmədi.

Layihədə 6 Rusiya şirkəti var

2010-cu ildə Rusiya iləTürkiyə arasında imzalanmış müqavilə ilə təməli qoyulmuş 4800 MVt gücə malik Akkuyu layihəsini bəlli olduğu kimi, 6 mühüm ortaq həyata keçirir. Əsas səhmdar “Rusatom” ilə yanaşı,  “Rosenerqoatom”, “Atomstroyeksport”, “Atomtexenerqo”, “Atomenerqoremont” və Rusiyanın ən mühüm enerji şirkətləindən olan “İnter Rao” Akkuyu Atom Elektrik Stansiyasını tamamlamaq üçün çalışırlar. Bu şirkətlər arasında Rusiyada elektrik enerjisi ixracı və idxalında lider olan “İnter Rao” Akkuyu layihəsini tərk eləməyi qərara alıb.

29000 MVt gücü idarə edən “İnter Rao” 26 okytabrda keçirilən Direktorlar Şurasının iclasında verilən qərara görə, Akkuyu AES layihəsindəki səhmlərini başqa şirkətin adına keçirəcəkdir.

“İnter Rao”nun şirkətdəki payı cəmi 1 faiz olsa da, bu addımın səbəbi açıqlanmadı. Hazırda Azərbaycan-Ermənistan arasında Qarabağın geri qaytarılması uğrundakı müharibə dövrünə təsadüf eləyən bu addım qarşıdakı günlərdə mübahisələri doğura bilər. Çünki şirkətin başçısı Rusiyanın ən tanınmış şəxslərindən olan İqor Seçindir.

Putindən sonra Rusiyada ən güclü rus

17.7 milyard dolarlıq dövriyyəyə malik “İnter Rao”nun İdarə Heyətinin başçısı olan Seçin Rusiya Prezidenti Vladimir Putinə ən yaxın olan şəxsdir. “Putinin faktiki köməkçisi” kimi tanınan Seçin Kremlin keçmiş agentlərini birləşdirən Silovski fraksiyasını idarə edir. Bir vaxtlar Baş naziri müavini də olmuş Seçin həm də Rusiyanın enerji nəhəngi “Rosneft” neft-qaz şirkətinin baş icraçı deirektorudur.

“Rusiya siyasətinin Dart Vayderi” adlandırılan Seçin Putinin Sankt-Peterburqun Bələdiyyə başçısı olduğu dövrdə özünü onun ən yaxın adamı kimi göstərmişdi. 1994-cü ildə başlanan bu dostluq Kremldə də davam etdi.

2008-ci ildə Venesuelanın başçısı Hüqo Çavesə nüvə enerjisi proqramı ideyasını verən Seçin barəsində beynəlxalq mətbuatda ilk yazı CNBC-də dərc edildi. 2014-cü ildə dərc edilmiş bu yazıda” Seçin Prezident Putindən sonra Rusiyanın ikinci ən güclü şəxsi hesab edilir” ifadəsi yazılmışdı. İngiltərənin “Qardian” nəşri isə 2017-ci ilin dekabrındakı məqalədə bu iddianı təkrarladı.

Prezidentin nazirini həbs etdirdi

ABŞ-dakı 2016-cı il Prezident seçkilərində Donald Trampın kampaniyası ilə bağlı ABŞ-dan olan səlahiyyətli şəxslərdə danışıq aparan Seçin 2014-cü ildə Krım və Donbassın işğallarında iştirak elədiyi üçün sanksiya siyahısına daxil edilmişdi. Seçin öz gücünü Putinin keçmiş İqtisadiyyat naziri Aleksey Ulyukayevin həbs edilməsini təmin edərək isbat edib. Rusiyanın ən güclü ikinci şəxsi olaraq tanınan İqor Seçinin idarə elədiyi “İnter Rao” şirkətinin Akkuyu Atom Elektrik Staansiyası layihəsini tərk eləməsi diqqəti cəlb edir. Xüsusilə də, Qarabağ məsələsində Türkiyənin Azərbaycanı dəstəkləməsindən dərhal sonra.