Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da  Dağlıq Qarabağa yerləşdirilir – erməniləri dirçəldəcəklər

363

Xankəndinə 45 ton inşaat materialı, 300 ton əlavə yük göndərilib

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağda məskunlaşdırılan erməni əhalinin təminatı üçün əlavə işçi qüvvəsi və yük göndərib.

Rusiya FHN-in TASS informasiya agentliyinə açıqlamasında deyilir: “25 noyabr tarixində FHN-nin növbəti İl-76 təyyarəsi göyərtəsindəki xilasedicilərlə birlikdə  Dağlıq Qarabağa yola düşüb. Qrup Noqin və Tulsk xilasedici mərkəzlərinin əməkdaşları, “Lider” mərkəzinin əməkdaşları, həmçinin, Energetika Nazirliyinin mütəxəssislərindən ibarətdir”.

RF FHN qeyd edib ki, təyyarənin heyətində lazımi texnika və avadanlıq, mütəxəssislərin yaşaması üçün vasitələr vardır. Onların hamısı koronavirus və stressə davamlılıq testindən keçiblər. Açıqlamada bildirilib: “Mütəxəssislər özləri ilə çadırlar, işıq qüllələri, benzin generatorları gətirirlər”.

Nazirlik yaxın günlərdə Dağlıq Qarabağdakı şəxsi heyətin sayının daha da artırılmasını planlaşdırdığını bəyan edib.

Qeyd edək ki, 13 noyabr tarixində Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ üçün humanitar mərkəzin yaradılmasını əmrini verib. Mərkəzin tərkibinə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və icra hakimiyyətinin digər federal orqanlarının nümayəndələri daxil ediliblər. Təşkilati məsələlər Rusiyanın Müdafiə Nazirliyinə tapşırılıb.

21 noyabr tarixində Rusiya FHN-nin beş avtomobildən ibarət ilk karvanı Xankəndinə 45 ton inşaat materialı gətirilib. 24 noyabrda Rusiyadan Dağlıq Qarabağa 300 ton humanitar yardımdan ibarət ikinci nəqliyyat karvanı yola düşüb.

https://tass.ru/obschestvo/10091895?utm_source=facebook.com&utm_medium=social&utm_campaign=smm_social_share