“Rusiyanın, Ermənistanın Azərbaycandakı agentura şəbəkəsi prezidenti aldadır”

408

Sərdar Cəlaloğlu: “Azərbaycan FETÖ-dan qat-qat güclü, amansız antimilli cinayətkar şəbəkənin əlindədir”

“Dağlıq Qarabağ ermənilərinə heç bir siyasi status verilə bilməz. Onların tarixi göstərir ki, ermənilər hansı ölkədə olublarsa, ancaq o ölkələrə xəyanət ediblər”

“Azərbaycanda bəlli qüvvələr var ki, dövlət maraqlarının əleyhinə iş aparırlar, Rusiyanın, Ermənistan maraqlarını müdafiə edirlər”

Dağlıq Qarabağ münaqişəsinə xarici dövlətlərin baxışları uzun müddət ərzində ikili standartlar bucağından sərgilənib. Avqustun 14-də BBC-nin efirində yayımlanan “Hard talk” verilişində səslənən fikirlər isə tamam fərqli rakursdan idi və verilişdə qonaq qismində erməni baş nazir Paşinyan çıxış etsə də, Ermənistanın mövqeyinin ifşasında Azərbaycanın da başına gətirilənlər, ölkəmizin məruz qaldıqları, illərdir həlli uzanan Qarabağ münaqişəsi də işıqlandırıldı və bu, şok effekti yaratdı. Müsahibə və onun aydınlatdığı məqamlar barədə ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

-Bəs niyə azad etmir, bir halda ki, Sizin də dediyiniz kimi, ortada Türkiyə, Pakistan faktoru var, indi nə mane olur?

– Rusiya mane olurdu. İndi də nə Putinin başı əldədi, nə Rusiyanın. Eyni zamanda, çox ciddi müttəfiqlərimiz var – Türkiyə və Pakistan. Ərdoğan dəfələrlə dedi ki, Azərbaycan nə vaxt istəyirsə, biz bu əməliyyatda iştirak etməyə hazırıq. Nəyi gözləyirsiniz? Dağlıq Qarabağın işğaldan edilməməsi hər gün Azərbaycanı 10 il iqtisadi cəhətdən geri salır.

-Bu arada, Qarabağda ermənilərin də məskunlaşdırılması aparılır. Hətta Livandan da köçürülmə haqda məlumatlar gəlir…

-Onlar boş şeydi. Torpaq sənindirsə, azad edəcəksən, istəyirsən ora erməni ilə dolsun. Biz erməniləri qırmayacağıq ki. Hətta Livandan qaçqın gələn ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, Azərbaycan dövlətinə sığınacaqsa biz də ona sığınacaq verib, yaşamalarına şərait yarada bilərik. Burada qeyri-adi bir şey yoxdur. Biz Qarabağı ermənilərdən təmizləmək istəmirik, biz Qarabağı Ermənistan faşizminin işğalından azad etmək istəyirik. Bu, o demək deyil ki, biz Qarabağı azad edəndən sonra oradakı bütün erməniləri qovacağıq. Əksinə, əsl Qarabağ erməniləri, eləcə də Bakıdan köçmüş ermənilər bu gün də Azərbaycana qayıtmaq istəyirlər. Onlara qayıtmağa imkan versən onlar Ermənistana yox, Azərbaycana qayıdacaqlar.

– Sizcə, Qarabağa ermənilərin istədikləri status verilsə, onlar yenidən əvvəlki separatçı əməllərinə davam etməyəcəklər?

-Qarabağa heç bir status verilə bilməz. Beynəlxalq hüquqa görə işğalın nəticələrindən işğalçı tərəf hər hansı ad altında bəhrələnə bilməz. Beynəlxalq hüquqla bu qadağandır.

-Bəs Naxçıvana verilən status kimi?..

-Qətiyyən verilə bilməz. Əsrin əvvəllərində Qarabağa muxtar vilayət statusu o şərtlə verilmişdi ki, oradakı ermənilər heç vaxt Azərbaycanın tərkibindən çıxmaq üçün məsələ qaldırmayacaq. Yəni bu bir müqavilədir və əks tərəf də o statusu buna görə almışdı. Əgər bu gün 30 ildir Dağlıq Qarabağ erməniləri deyirsə ki, biz Azərbaycandan ayrılmaq istəyirik, deməli, bunların Azərbaycanın tərkibində muxtar status əldə etmək şansı sıfrdır. Digər tərəfdən, adama deyərlər ki, Dağlıq Qarabağ ermənilərindən çox Azərbaycanda talışlar, kürdlər, ləzgilər yaşayır, xeyir ola, bu ermənilərin qaşı-gözü qaradır ki? Biz onlara niyə muxtariyyət verməliyik? Dağlıq Qarabağ erməni icmasının ermənistan dövləti ilə daha yaxşı əlaqələr qurması üçün onlara bəzi güzəştlər tanıya bilərik. Tutaq ki, Ermənistanla ticarətdə Dağlıq Qarabağ ermənilərini dövlət vergisindən azad edə bilərik. Yəni beynəlxalq hüququn fərqli normaları ilə biz Dağlıq Qarabağ ermənilərinə bəzi hüquqlar verə bilərik. Amma onlara heç bir siyasi status verilə bilməz. Niyə? Çünki onların tarixi göstərir ki, ermənilər hansı ölkədə olublarsa ancaq o ölkələrə xəyanət ediblər – Türkiyəyə, İrana, Azərbaycana xəyanət ediblər, Rusiyaya xəyanət edirlər. Erməni xalqı xəyanətkardır. Puşkin deyirdi – satqın, xəyanətkar, qul erməni. Ruslar bizdən 200 il əvvəl bilirdilər ki, haylar çox xəyanətkar, arxadan zərbə vuran, namərd, başqa dövlətlərin maraqlarında alət olan xalqdır. Məsələn, Türkiyəyə qarşı müharibədə bunlar Fransanın oyuncağı idi. Hətta Andranik daşnak dövləti yaratmışdı, Sevr müqaviləsinə bunlar da gedib qol çəkmişdilər. Bu baxımdan ermənilərin xəyanətkarlıqda peşəkarlığını nəzərə alıb, biz onlara heç bir status verməməliyik. Beynəlxalq hüquq ermənilərə hər hansı bir status verilməsini qadağan edir. Azərbaycan işğalı nəzərə alıb ermənilərə hər hansı bir güzəştə getsə, Azərbaycan özü beynəlxalq hüququ pozacaq. Ona görə də Azərbaycan Minsk qrupundan və Madrid prinsiplərindən imtina etməlidir. Çünki Madrid prinsipləri faktiki olaraq Dağlıq Qarabağın Ermənistana verilməsini nəzərdə tutur. Sadəcə olaraq problem nədir? Bizim hökumət deyir ki, əvvəlcə işğal edilmiş 6 rayon işğaldan azad olunsun, sonra biz Dağlıq Qarabağ ermənilərinə öz müqəddaratını təyin etmə hüququ verək. Ermənilər deyirlər ki, elə şey yoxdur, paralel olaraq biz 6 rayonu azad edirik, siz də ermənilərə öz müqəddaratını təyin etmə statusu verirsiniz. Halbuki, ərazilərin işğaldan azad edilməsi beynəlxalq hüquqda imperativ-dominantdır, milli müqəddaratını təyin etmək dispozitiv normadır. Bu iki normanı bir yerdə həyata keçirmək olmaz. Çünki biri məcburiyyət-zərurət tələb edir, o biri könüllülükdür. İndi ermənilər deyir ki, bizim zorən azad edəcəyimiz torpaqların əvəzində siz könüllü olaraq öz torpaqlarınızı bizə verin. Yəni bizim 14 rayonu işğal ediblər, 7-si sizin, 7-si bizim.

– Belə çıxır ki, Tovuz hadisələri olmasaydı bu məqamlar gündəmə gəlməyəcəkdi…

-Biz mütəmadi olaraq Minsk qrupunun əleyhinə danışırıq. Dövlətdə isə vəziyyət belədir ki, Rusiya Azərbaycana çox ciddi təzyiq edirdi. O vaxt Azərbaycan iqtidarında XİN Rusiyanın agenti idi, Ramiz Mehdiyev Rusiyanın buradakı maraqlarını təmsil edən və Azərbaycan dövlətinə nüfuz edən adam idi. Hüquq mühafizə orqanlarının rəhbərləri Rusiyanın adamları idi. DTX-nın əməkdaşlarının bir çoxu Rusiyanın adamları idi. İş adamları, siyasət adamları, deputatlar və s. Yadınızdadı Arif Rəhimzadə, Fazil Qəzənfəroğlu, Əli Hüseynov necə bəyanat verib? Adicə Türkiyə Rusiyanın bir təyyarəsini vurmuşdu. Rusiyada Türkiyəni ittiham edən bu qədər qüvvə meydana çıxmadı, nəinki Azərbaycanda. Açıq şəkildə dedilər ki, Türkyə diz çöküb üzr istəməlidi Rusiyadan.

Sərdar bəy, Paşinyan Sakurun “ermənilərin törətdiyi cinayətlərə görə üzr istəyəcəksinizmi” sualına cavab olaraq Sumqayıt hadisələrini misal gətirdi. Dövlət nəyə görə Sumqayıt hadisələrinin bizə qarşı istifadəsinin qarşısını almaq üçün yetərli işlər görmür?

-Sumqayıt hadisələrinin SSRİ prokurorluğunda tədqiqatı var. Eləcə də ermənilərin özlərinin bununla bağlı açıq etirafları var. O hadisələrdə erməniləri öldürən elə ermənilərin özü olub. Ölkənin hüquq-mühafizə orqanları, parlamenti Rusiyanın təsiri altındarsa, ermənilərlə bağlı heç bir şeyi gündəmə gətirməzlər. Bu günə qədər Azərbaycan tərəfi Xocalı soyqırımına görə Ermənistanı beynəlxalq məhkəməyə verib? Yox, amma boşnaklar serbləri məhkəməyə verdilər, serblər haqqında qanun çıxdı, serblər rəsmi üzr istədi, boşnaklara kompensasiya ödədi.

-Sakura da vurğuladı ki, beynəlxalq cinayət törətmisiniz…

-Azərbaycan müstəqilləşsə, Rusiyanın zir-zibillərindən təmizlənsə, buradakı rus agenturasından azad olsa, bəli, məhkəməyə verəcək. Yox, azad olmasa, yenə qoymayacaqlar. Kim eləməlidir, Azərbaycan dövləti adından beynəlxalq məhkəməyə müraciət lazımdır. Azərbaycan dövlətində kimsə var ki, bu cür qərarlar qəbul edilməsinə mane olur, qoyacaqlar onları məhkəməyə verək? Paşinyan son vaxtlar demişdi ki, bunu törədən Rusiyadır. Hələ Rusiyanı qoyaq kənara. Ermənistanı verə bilərsənmi məhkəməyə? Ermənistan işğalla bağlı beynəlxalq hüququ pozub, eləcə də işğal nəticəsində Ermənistan ərazisindən Azərbaycan türklərinin köçürülməsi cinayətdir. Hətta əsrin əvvəllərində 31 Mart qırğını olub, sadəcə deyilir ki, genosid olub. Ermənilər də deyir ki, genosidə uğrayıblar və genosidi dünyanın 30-40 ölkəsində tanıtdırıblar. Azərbaycansa deyir ki, bizə qarşı genosid olub, parlament isə Xocalı soyqırımını genosid kimi tanımayıb. Necə olacaq bu? Yəni Azərbaycanda bəlli qüvvələr var ki, dövlət maraqlarının əleyhinə iş aparırlar, Rusiyanın, Ermənistan maraqlarını müdafiə edirlər. Bunu gizlətmək lazım deyil.

Necə ki, FETÖ 40 ildir Türkiyəni içəridən qurd kimi yeyib, zəiflədib, Rusiyanın Azərbaycandakı şəbəkəsi də Azərbaycan dövlətini daxildən zəiflədir, Azərbaycanın suverenliyini, müstəqilliyini məhdudlaşdırır, ölkədə siyasi həbslər, iş adamlarına qarşı təqiblər, qeyri-dövlət təşkilatlarına qarşı aparılan işlər, mətbuatı susdurmaq – bunlar hamısı Rusiyanın göstərişi ilə aparılan siyasətdir. Müstəqil dövlətədə belə şeylər olmur. Baxın, Azərbaycandan kənarda nə qədər milyarder var – təkcə Rusiyada 10 azərbaycanlı milyarder var. Azərbaycanın özündə bir nəfər də rəsmi milyarder yoxdur. Halbuki biz bilirik ki, beynəlxalq hesabata görə yüzlərlə gizli milyarder var və onlar pullarını hara aparırlar – Londonda 11-ci ev almağa, Vaşinqtonda 20-ci evi almağa. Prezident deyir ki, Azərbaycana investisiya cəlb etmək lazımdır. Azərbaycan məmurları buradan oğurladıqları milyardlarla pulu başqa ölkələrə yatırırlar. Bu vəziyyətdə Azərbaycan iqtisadiyyatı necə inkişaf edə bilər? Azərbaycan yalnız özünün maliyyə resursları ilə indikindən 100 dəfə artıq inkişaf edərdi, bu da əhalinin sosial vəziyyətini yaxşılaşdırardı. İlham Əliyev son dövrlər deyirdi ki, ölkədə yoxsulluq aradan qalxıb. Koronavirusdan sonra məlum oldu ki, ölkədə 1 milyon işsiz var. 600 min yoxsul var. Özü açıq şəkildə dedi ki, məni rəqəmlərlə aldadırdılar. Doğrudan da belədir. Rusiyanın, Ermənistanın Azərbaycandakı agentura şəbəkəsi onu aldadır. Bizdə qəbul edilib ki, bunlar qarışıq ailələrin işidir. Bu, onların işi deyil, burada hərtərəfli türk olan, amma Rusiyanın kəşfiyyat orqanları tərəfindən fəaliyyətə cəlb edilən dəstənin işidir. Təbii ki, qarışıq ailələrin ölkəyə marağı olmadığı üçün onlar daha asan xəyanət edirlər. Bunlar merkantil düşüncəli insanlardır, pula görə vətən satanlardır. Və ya adam öldürüblər, hansısa cinayətləri var, dövlətə xəyanət ediblər, “verbovka” olunublar. İndi də şantaj olunub dövlətə xəyanət edirlər. Keçmiş MTN Eldar Mahmudov həbs olunanda dedilər ki, bütün məmurlarla bağlı onun əlində kompromatlar var. Bu materiallar Rusiyanın da, Ermənistanın da əlində də var. Bütün dünya dövlətlərində siyasi fiqurları şantajla ələ almaq üsulu var. Azərbaycanda da sövet dövründən qalma KQB əməkdaşları var ki, deşifrə olunmayıb. Xalq Cəbhəsində, Xalq Hərəkatında, “Yurd”un sıralarında var idi. Eləcə də sonrakı dövrdə özünün maraqları üçün hakimiyyətə gəlmək məqsədilə bu cür insanlar gedib Rusiyaya, Ermənistana satıldılar. Biri Ermənistana benzin satır, biri taxıl ötürür, silah alveri edir.

Azərbaycan FETÖ-dan qat-qat güclü, amansız antimilli cinayətkar şəbəkənin əlindədir. Biz Azərbaycanı o şəbəkənin əlindən qurtarmalıyıq. O şəbəkə də istəyir ki, müxalifətin əliylə xainləri öz tərəfinə çəksin. Sən Ermənistanla silah alveri edirsənsə, müxalifətçi donuna necə girə bilərsən? İndi Azərbaycanda dövlətçilik addımları atılmağa cəhd edilir, onu da İlham Əliyev kifayət qədər radikal atmır. Səbəbi odur ki, İlham Əliyev müxalifətdən də arxayın deyil. Ona görə, biz indiki halda Azərbaycanın daxilindəki erməni-rus qüvvələrinə qarşı effektli mübarizə aparmaq istəyiriksə, bir şeyi bilməliyik ki, Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti, Azərbaycan müxalifəti birləşməlidir. Yoxsa hökumət bu siyasəti effektiv apara bilməyəcək. Əskinə vəziyyət daha da pisləşəcək.

-Yəni bu burulğandan çıxa biməyəcəyik…

-Söhbət burulğandan getmir, ola bilsin bu satqınlar başqa bir rayondan sərhədləri açacaqlar, erməniləri buraxacaqlar ölkəyə. Bundan əvvəl Qubada, Mingəçevirdə, İsmayıllıda törətdikləri kimi sabotaj edəcəklər. Bundan əvvəlki iğtişaşları da Prezident Aparatında oturanlar törədirdi. 3-4 cəbhəçini tuturdular, deyirdilər ki, bunlar edib. Halbuki, biz hamımız bilirdik ki, məsələn, İsmayıllı hadisələrində nə Yaqublunun, nə İlqar Məmmədovun heç bir günahı yoxdur. Gəncədəki, Qubadakı icra hakiminin evinin yandırılmasını kim təşkil etmişdi, biz bilirik, indi də edə bilərlər. Ölkə daxilində sosial vəziyyət pisdir, işsizlik var, xalq da siyasi cəhətdən yetkin olmadığına görə partlayış yarana bilər. 70 il əvvəl “26 -lar” bağında qatillərin abidəsinin önündə şəkil çəkdirirdilər. Eynilə indi də onların əlində olan mətbuat, siyasilər, deputatlar çalışırlar ki, Azərbaycanın xeyrinə olan addımları, əksinə, ziyanlı addımlar kimi təqdim etsinlər. Azərbaycanın əleyhinə olan addımları böyük qəhramanlıq kimi təqdim etsinlər və xalqın ağır sosial-iqtisadi vəziyyətindən istifadə edib, bu vəziyyəti yaradan adamlar dövləti Rusiyanın təsirindən xilas etmək üçün atılan addımların qarşısında maneə yarada bilərlər. Həm xalqımız ayıq olmalıdır, həm müxalifət siyasi yetkinlik nümayiş etdirməlidir, həm də İlham Əliyev doğrudan da Qarabağı azad etmək, Azərbaycanın suverenliyinə və müstəqilliyinə xidmət etmək, Azərbaycanın straji dostları ilə əlaqələri möhkəmləndirmək istəyirsə indiyə qədər apardığı siyasəti dəyişməlidir. Azərbaycan xalqına və müxalifətinə münsibətini dəyişməlidir. Liderlər həmişə xalqla müqavilə bağlayır. İlham Əliyev xalqla müqavilə bağlamalıdır. Deməlidir ki, “Ey xalq, mən Qarabağı azad edirəm, sən də məni yenidən prezident seçəcəksən”. Əgər İlham Əliyev Qarabağı azad edərsə, demokratrik seçkidə heç kim onu uda bilməz. Ona görə bəzi müxalif qüvvələr Qarabağın azad edilməsində maraqlı deyil ki, “İlham Əliyev Qarabağı azad edər, nüfuzu qalxar, demokratik seçkilərdə qalib gələr və biz hakimiyyətə gələ bilmərik”.

-Bunlar hansı müxalifət qüvvələridir?

-Onların da bu və ya başqa şəkildə Rusiya ilə əlaqələri var. Biz öz içimizdə kimin əlinin kimin cibində olduğunu bilirik. Kimin kimin adamı olduğunu bilirik. Müxalifətdə kim nəyə görə yüksəlir, kim nəyə görə enir. Total şəkildə Azərbaycanda Rusiyanın, İranın, ABŞ-ın, Avropanın maraqlarını müdafiə edən qüvvələrə qarşı bütün cəbhə boyu hücum edilmədir.

-Paşinyan deyir ki, Qarabağ erməniləri və azərbaycanlılar qurbandırlar. Necə bilirsiniz, o, burada Rusiyaya işarə edir?

-Əvvəla Paşinyan öz xalqının tarixini bilmir, çox savadsızdır, qabiliyyətsizdir. Rusiyanın agentidir, gətirib oturdublar orada, guya demokratik hərəkatla gəlib hakimiyyətə. O demək istəyir ki, guya Azərbaycan hakimiyyətinin qurbanıdır. Halbuki, Ermənistanda yaşayan ermənilər Rusiyanın qurbanlıq quzularıdır. Rusiya onlara nə əmr edir, nöqtə-vergülünə qədər əməl edirlər. Etməsələr Xocalıdan betər soyqırım başlarına gələr. İrəvanın özündə ruslar böyük toqquşmalar törətdilər, Dəmirçiyanı öldürdülər. Dəmirçiyan istəyirdi ki, müstəqil siyasət aparsın. Biz torpaqlarımıza qurbanıq, torpaqlarımızın azad olunması üçün qurban olmağa hazırıq. Ən qiymətli varlığımız vətənimizdir. Amma ermənilər Rusiyaya xidmət etdikləri müddətcə Rusiyanın qurbanlarıdır. Təkcə Dağlıq Qarabağ erməniləri yox, Ermənistan erməniləri. Onlar bilmirlər ki, İrəvan və bütün qalan ərazilər Azərbaycan torpaqlarıdır? Yaxşı bilirlər ki, nə qədər özlərini Rusiyanın qurbanlıq quzuları kimi aparacaqlar, bu torpaqlarda yaşayacaqlar. Elə ki, Rusiyaya bir dəfə baş qaldırdılar, Rusiya bizdən qabaq onların başını əzəcək… Bu baxımdan Paşinyanın o sözü erməni xalqına aiddir. Neçə ki, Rusiyanın siyasətində ermənilərin rolu var, Rusiya onların başını sığallayacaq, büdcələrinə pul keçirəcək, silahlar verəcək. Amma o zaman ki, Rusiyaya ermənilər bir alət kimi lazım olmadı, onların mövcudluğuna birinci ruslar son qoyacaq.

-Yeri gəlmişkən, bu yaxınlarda Ermənistana Rusiyanın 400 ton silah verməsi ifşa olundu və bu dəfə silahlar Gürcüstandan yox, Qazaxıstan, Türkmənistan və İranın hava məkanı vasitəsilə ötürüldü…

-Bu bizim XİN-in dişsizliyinin nəticəsidir ki, qardaş türk dövlətlərinin ərazisindən bizə qarşı silah daşındı. Bundan əvvəl də Rusiya dəfələrlə Ermənistana silah daşıyırdı. Bir çoxunu Gürcüstan ərazisindən daşıyıb. Rusiyanın bu silah yardımını etməsi məlumdur. Görün, Azərbaycan XİN bu xalqlarla nə qədər pis işləyib ki, bizim qan qardaşlarımız düşmənlərimizə silah daşınmasında iştirak edir. Amma bu təəccüblü deyil. Rusiya-Ermənistan agentləri Azərbaycandan neft-qaz daşıyırlarsa, Serbiyanın satdığı silahları Eldar Həsənovun firması ötürürsə, burada biz türkməndən, qazaxdan nə gözləyək? Bizim öz vətəndaşlarımız düşmənlə silah ticarəti edirsə, lojistik dəstək verirsə başqasına nə deyəsən?

O ki qaldı İrana, bu ölkə həmişə deyir, mən şiə dövlətiyəm, Azərbaycana qardaşam. Nəyə görə Azərbaycan XİN İrana reaksiya verməyib? Hər şeyi İlham Əliyev etməli deyil ki. Parlament niyə səsini çıxarmır? Parlament hələ Tovuz hadisələrinə qiymət verməyib. Hələ Dağlıq Qarabağ hadisələri ilə ciddi mübarizə aparılmayıb. Hər zaman 5 dəqiqəlik çıxışlar zamanı Qarabağ haqda danışılıb. İndiyə qədər Qarabağı öz gündəminə salmayıb. Həm də müharibə edən tərəflərə silahların verilməməsi haqda razılaşma Bişkekdə imzalanıb. İndi hüquq-mühafizə orqanları Bişkek protokolunu qaldırmalıdır və hava məkanını ermənilərə silah daşınması üçün açan dövlətlərə cinayət işi qaldırmalıdır. Biz beynəlxalq hüququn heç bir imkanından istifadə etmirik. Qarabağı yalnzı silah və sözlə azad edə bilmərik. Qarabağı hərtərəfli üsullarla azad etməliyik – mədəniyyətlə, iqtisadiyyatla, hüquqla. Qarabağın azadlığı çoxtərəfli mübarizə tələb edir. İranı beynəlxalq məhkəməyə verməliyik ki, nəyə görə bizimlə müharibə vəziyyətində olan ölkəni silah daşınmasına imkan verir? İranın Rusiya ilə yeganə ticarət əlaqələri Azərbaycandan keçir. Azərbaycan niyə bağlamır Astaranı? Bağlasın yolları, görün İran qitisadi cəhətdən nə vəziyyətə düşər? Azərbaycanın ərazisindən keçməklə Rusiya və İran arasında neçə milyardlıq ticarət əlaqəsi baş tutur. Azərbaycan bağlasın yolu, İran da başa düşsün nə edəcəyini.

– Belə çıxır ki, indiki halda İrana da iradlar yalnız mediadan səslənməlidir?

-Nəyə görə mediadan? Dövlətin vəzifəsi, səlahiyyəti var. Bu  mənim məsələm deyil, mənim məsələm hakimiyyətlə mübarizə aparıb, hakimiyyətə gəlməkdir. Amma indi biz müxalifət olaraq gecə-gündüz başa salırıq ki, harada neyləmək lazımdır. Hansı ki, dövlət bunları etməlidir.

-Amma faktiki olaraq dövlətin qoymalı olduğu mövqeni Siz nümayiş etdirirsiniz…

-Dövlətdə iki siyasi güc var – rəsmi və qeyri-rəsmi siyasi güc. Bizim siyasi gücümüz qeyri-rəsmidir, bizim də vəzifəmiz dövlət maraqlarını qorumaqdır. Amma effektli olması üşün rəsmi siyasi dairələr bu işləri görməlidir. Mən nə qədər demişəm ki, niyə beynəlxalq məhkəməyə müraciət etmirsən? Ermənistanı 6-7 punkt üzrə beynəlxalq məhkəməyə verə bilərik. Birinci, 200 min azərbaycanlının deportasiyasına görə verə bilərik. İkinci, Azərbaycan ərazilərini işğal edib, orada bizim mədəniyyət abidələrini dağıtdığına görə edə bilərik. Yaxud düşməni silahlandıran dövlət kimi məhkəməyə verə bilərik, hansı ki, münaqişədə olan dövlətlərə münasibətlə bağlı beynəlxalq konvensiyalar var.

Erməni bilsə ki, əlində silah yoxdur, rədd olub öz sərhədində dayanar. Amma ermənilərin əlində silah çox olanda qudurb deyir ki, biz Bakını vuracağıq. Erməni liderlərinin bəyanatlarına baxın. Azərbaycan liderləri “quzu balası” kimi susublar, ermənilər bir tərəfdən hədə-qorxu gəlirlər. İndi də deyirlər paytaxtı köçürürük Şuşaya, əlavə tunel çəkirik. Biz hücum taktikasında olmaq əvəzinə, 30 ildir müdafiə taktikası aparırıq. Ermənilər hücum edir, biz cavab veririk. Ermənilər deyir, biz cavab veririk. Ermənilər bir təklif verir, biz o təklifə “hə”, “yox” deyirik. Elə bil Azərbaycanın özünün dövlət, xalq kimi xüsusi iradəsi yoxdur.

Azərbaycan dövləti hücum taktikasında olmalıdır, şərtləri diqtə etməlidir. Ermənistan tərəfi razı olar-olmaz cəhənnəmə olsun, biz tamamilə Ermənistanın şərtlərindən asılı vəziyyətə düşmüşük. Çünki Rusiya dirijor kimi Ermənistana “çal” deyəndə Azərbaycana deyir ki, “sən sus”. Ermənistan vurur-dağıdır, Azərbaycan cavab vermək istəmir. Vəziyyət budur. Biz bunu çılpaqlığı ilə bilməliyik. Bilməliyik ki, bizimlə və ermənilərlə oynayan Rusiyadır. Paşinyanın Şuşada keçirdiyi mətbuat konfransına gələn jurnalistlərə mandatı Azərbaycan XİN verib. Paşinyan gəldi mətbuat konfransı keçirməyə, onun Şuşaya gəlməsinə icazəni Bakı verdi və Azərbaycan bir fişəng də atmadı ki, sən niyə bura gəlirsən? Çünki Putin tapşırmışdı ki, şərait yaradın, Paşinyan Şuaşada qəşəng mətbuat konfransı keçirsin. Reallıq budur. İndi Rusiyadan aralanmaq lazımdır. Bizdən kiçik Baltikyanı dövlətlər – Latviya, Litva, Estoniya Avropadan da ciddi Rusiyanın qarşısında durub. Rusların məktəblərini bağlayırlar, rus dilində danışmağa imkan vermirlər, NATO-nu gətirib öz ərazilərinə yerləşdiriblər. Rusiyanın ən çox qorxduğu məsələlərdən biri budur. Niyə 4 milyon əhalisi olan, heç bir faydalı qazıntısı olmayan Estoniya bu addımları ata bilir, zəngin resursları, hərbi potensilalı, güclü müttəfiqləri ola-ola Azərbaycan bu addımı ata bilmir? Niyə Gürcüstan, Moldova Rusiyanın təzyiqinə qarşı dura bilir, sən yox? Çünki durmaq istəmirsən… Zatən Qarabağ işğal olunub, başqa nə itirəcəksən? Lenin deyir ki, inqilabda proletar yalnız zəncirini itirəcək. İndi biz zəncirimizi itirəcəyik də. Ərdoğanın gözəl bir sözü var, deyir ki, “hər bir müharibə qələbə demək deyil, amma hər bir müharibədən qaçış bəri başdan 100% məğlubiyyətdir”. Sən bir tərpən, bəlkə qalib gələcəksən. Qarabağ zonası Azərbaycanın ən münbit torpaqları olan ərazisidir, sovet vaxtında o zona hər hektardan 40-45 sentner taxıl verirdi. Böyük heyvandarlıq, turizm potensialı olan ərazidir. Bu gün ermənilər faydalanır bunlardan. Buradan dövlət büdcəsinə milyardlarla pul gələ bilər. Sən torpağı azad elə, iş apar.

Qarabağı azad etməməyimizin heç bir ağlabatan arqumenti ola bilməz. Bəzi ruspərəstlər deyir ki, biz Qarabağı azad etmək istəsək, Rusiya ilə münasibətlərimiz pozula bilər. Belə çıxır ki, Rusiya ilə Azərbaycan arasında “kölə-ağa” münasibətini saxlamaq üçün biz torpaqlarımızdan, suverenliyimizdən, müstəqilliyimizdən imtina etməliyik. Erməni kimi yersiz-yurdsuz qaraçı xalq gəlib burada bizə lotuluq etməlidir, nə var ki, bu Rusiyanın xoşuna gəlməyəcək. Rusiyanın Azərbaycan xalqına münasibəti düşmən münasibətidir. Bəs Rusiya-Azərbaycan münasibətinin yaxşı olması deyəndə nəyi nəzərdə tuturlar: Rusiyanın hakimiyyətdə olan bəzi klanlara-kölələrinə münasibətini. Çünki Rusiya onları hakimiyyətdə saxlayır, milyardlarla pulu oğurlamağa şərait yaradır, oğurladıqları pulların yarısını da Putinə “dolya” verirlər. Bunlar rus-azərbaycanlı münasibəti dedikdə Rusiyaya arxalanan klanların Rusiyayla münasibətini deyirlər. Yoxsa Zatən Azərbaycan işğal olunandan bu günə qədər Rusiyanın Azərbaycana münasibəti – düşmən münasibətidir. Bunu başqa cür yozmaq istəyən adam ya özünü aldadır, ya axmaqdır, ən böyük ehtimalla satqındır. Rusiyanın bizə bütün parametrlərdə münasibəti düşmən münasibətidir. Qoy korlansın bu münasibət. Sən dost ölkələrlə münasibəti korlayan yüzlərlə bəyanat verirsən, Arif Rəhimzadə çıxıb deyir ki, “biz türk deyilik”. O birilər çıxıb dedi ki, “Türkiyə üzr istəməlidir”.

-Türk deyillər də Arif Rəhimzadə kimilər….

-Cəhənnəmə türk olsunlar, belələrinin türk olmağı türklərə təhqirdir. Gedib dövlət əleyhinə, həm də İlham Əliyevin əleyhinə ağızlarına gələni danışırlar, xarici ölkələrə agentlik edirlər, çirkin oyunlardan çıxırlar.

– Bəs, bu saxta parlamentin yenidəm buraxılması gözlənilirmi?

– Azərbaycanda parlament yoxdur. Bütün xalq İlham Əliyevin ətrafında birləşib, Qarabağı azad etməlidir. İlham Əliyev səmimi şəkildə xalqla müqavilə bağlamalıdır. Xalqa söykənməlidir. Deməlidir ki, “mənim xalqım, dur arxamda, gedək Qarabağı azad edək”.

 

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA