Rusiyanın baş naziri koronavirusa YOLUXDU

24

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırıb.

Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq A.Belousova tapşırılıb.

Qeyd edək ki, Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb \\Modern.az