“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq” – Peyvəndin yaradıcısı

312

Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.

APA-nın yerli bürosunun NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə “BioNTech”/”Pfizer” peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.

“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, – deyə U. Şahin vurğulayıb.

Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib.