“Rusiyanın Azərbaycana böhtan atacağı gözlənilən idi”

159

İlham İsmayıl: “Burda əsas məqsəd Azərbaycandan çox, Türkiyəni hədəf götürməkdir”

“Rusiya Xarici İşlər Nazirliyində xüsusi bir xətt götürülüb. Lavrovun da erməni əsilli olduğu bəllidir. Xüsusilə, bu xətt Tovuz hadisələrindən sonra, daha qabarıq şəkildə oldu. Hazırda isə, daha konkret nöqtələrə vurmağa çalışırlar”

Rusiya tərəfindən növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılması müşahidə edilir. Belə ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibəyə” hazırlaşdığı barədə xəbər yayılıb. Mövzuyla bağlı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi, polkovnik-leytnant İlham İsmayılla həmsöhbət olduq. O, “Hürriyyət”ə açıqlamasındaböhtan xarakterli yazılan yayılmasında əsas məqsədin Azərbaycandan çox, Türkiyəni hədəf götürmək olduğunu dedi:

– İlham bəy, Rusiyanın “Nezavisimaya qazeta” nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibəyə” hazırlaşdığı barədə xəbər yayılıb. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

– Rusiya mətbuatında erməni jurnalistlərinin və erməni tərəfindən olan şəxslərin olduğu hamımıza bəllidir. Çox olmasa belə, Rusiya siyasətində ermənipərəstlik yenilik deyil. Xüsusilə, Azərbaycan-Türkiyə birgə təlimindən sonra, Suriyada olan readioelektronika cihazları Ermənistana daşındı. Belə bir şey olandan sonra, Azərbaycana böhtan atılması gözlənilən idi. Burda əsas məqsəd Azərbaycandan çox, Türkiyəni hədəf götürməkdir. Çünki, əgər Azərbaycana Suriyadan döyüşçü gəlsəydi, bunu Azərbaycan yox, Türkiyə təşkil edə bilərdi.  Ona görə də burda yazılanlar sırf informasiya təbliğatıdır. Yalan xəbər Türkiyəni gözdən salmaqdan ötrü ortalığa atılıb. Dünyada Türkiyənin mənfi obrazını yaratmaq istəyirlər. Bu baxımdan, bu tip böhtan xarakterli informasiyalara fikir vermək lazım deyil. Təbii ki, həm rəsmi, həm də analitiklərin fikirləri bu istiqamətdə getməlidir. Sadəcə, beynəlxalq aləmi çaşdırmaqdan ötrü yalan informasiya ortalığa atılıb.

– Rusiya mediasında Azərbaycana qarşı böhtan xarakterli yazının yayılmasının arxasında ermənipərəst qüvvələrin olduğunu düşünürsünüz?

– Rusiya Xarici İşlər Nazirliyində xüsusi bir xətt götürülüb. Lavrovun da erməni əsilli olduğu bəllidir. Xüsusilə, bu xətt Tovuz hadisələrindən sonra daha qabarıq şəkildə oldu. Hazırda isə, daha konkret nöqtələrə vurmağa çalışırlar. Bu qüvvələr Rusiyanın cənubi Qafqaz siyasətinin başında gedir. Digər tərəfdən, hamı da bilir ki, Ermənistan həmişə Rusiyanın vassalı olub. Bu baxımdan, Rusiyanın belə bir mövqe göstərməsi çox guman ki, Rusiya xarici siyasətinin başında oturanların göstərişidir. Əslində, onların belə böhtan xarakterli informasiyanı yayması bizə təəccüblü gəlməməlidir. Belə hadisələr ilk dəfədir müşahidə olunmur.

– Bu yaxında Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutub. Eyni zamanda, həmin ərəfələrdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya rəsmi səfərə gəldi. Bu görüşlərdən sonra məhz rus mediasında belə yazının yayımlanması təsadüf ola bilər?

– Əslində, diplomatiya rəhbərlərinin görüşü tez-tez müşahidə olunur. Bizim də diplomatiyanın başçısı yeni olduğuna görə, belə bir görüş gözləniləniydi. Hər görüşün yaxınlıq olduğunu başa düşmək lazım deyil. Görüşdə Lavrovun açıqladığı müəyyən məqamlar olub. O, BMT-nin qətnamələriylə bağlı çıxışında bildirir ki, guya qətnamələrdə ermənilərin işğal yerini tərk etmək yox, müharibəni dayandırmaq tələbi var. Əslində, qətnamələrin əsl mahiyyətini tam təhrif etmiş oldu. Bu baxımdan, Rusiyanın xarici işlər nazirinin bizim diplomat rəhbərləriylə görüşündə, Rusiyanın maraqları dəyişməz qalır. Hətta Rusiyanın və Azərbaycanın diplomatiya rəhbərləri dəyişilsə belə, Rusiyanın maraqları dəyişməyəcək. Sadəcə olaraq, Lavrov bunu nə qədər diplomatik şəkildə izah etməyə çalışsa da, Azərbaycanın əleyhinə olduğu fakt olaraq qalır. Lavrov iki gün əvvəl Moskva Beynəlxalq Univesitenin tələbələri qarşısında çıxış edərkən, guya 18 ildir Qarabağ probleminin həll üçün sənəd hazırlandığını deyib. Bu sənəd də Madrid prinsiplərinə əsaslanır. Əslində, bu Azərbaycanın zərərinədir. Bununla da, Ermənistan Dağlı Qarabağda referendum keçirər və oranın müqəddəratını həll edər. Bu da bizim istəmədiyimiz məsələdir. Lavrovda bizi buna cəlb etmək istəyir. Rusiya belə etməklə, həm Azərbaycanı, həm də Ermənistanı öz təsiri altında saxlamağa çalışır.

YƏHYA