Rusiyalı boksçu otelin 4-cü mərtəbəsindən yıxılıb öldü

    27

    Rusiyalı boksçu Aleksey Zabolotskix sentyabrın 22-də Tailandın Comtene şəhərində dünyasını dəyişib.

    Hurriyyet.org sportinfo.az-a istinadən xəbər verir ki, boksçu qaldığı otelin 4-cü mərtəbəsindən yıxılıb.

    O, ağır zədə alıb. Həkimlər hadisə yerinə gələndə boksçu sağ olub. Ancaq xəstəxanaya aparılarkən yolda keçinib.

    Boksçunun tanışının yerli mediaya verdiyi məlumata görə, Aleksey dostları ilə birgə spirtli içki qəbul edərək əylənib. O, otelə səhərə yaxın gəlib. Boksçu otağa daxil olduqdan sonra balkona çıxıb və yıxılıb. Polis araşdırma aparır.