Rusiyalı sülhməramlılar hansı ərazilərə yerləşdiriləcək? – XƏRİTƏ

96

Azərbaycan Ordusunun zəfərindən sonra əldə olunmuş Qarabağ razılaşması əsasında yeni xəritə hazırlanıb.

 

Modern.az xəbər verir ki, xəritədə Azərbaycan Ordusunun azad etdiyi ərazilər, həmçinin, rusiyalı sərhədçilərin yerləşdirildiyi bölgələr göstərilib.

Mavi rəng Azərbaycan Ordusunun azad etdiyi əraziləri göstərir. Qırmızı ilə göstərilən ərazilər dekabrın 1-nə qədər Azərbaycana təhvil veriləcək ərazilər, yaşıl rəngli ərazilər isə rusiyalı sülhməramlıların yerləşəcəyi bölgədir.