Rusiyalı ekspert yazdı: “Gəncəyə qarşı növbəti alçaq zərbə… Paşinyan regionu tammiqyaslı müharibəyə sürükləyir”

90

Hurriyyet.org xəbər verir ki, beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov erməni Hərbi Qüvvələrinin gecə saatlarında Gəncə şəhərin raket zərbəsi endirməsinin səbəbinin Ermənistanın baş naziri Nikol Paşinyanın regionu tammiqyaslı müharibəyə cəlb eləmək niyyəti olduğunu bildirib.

Mixaylov yazıb: “İrəvan gecə saatlarında Azərbaycanın dinc əhalisinə qarşı terror hücumu edib. Gəncəyə qarşı növbəti alçaq zərbə dünya ictimaiyyəti tərəfindən cavabsız qala bilməz. Uşaqlar, qocalar, qadınlar ölüb… Sözün bitdiyi məqamdır”.

Yevgeni Mixaylov “Feysbuk” sosial şəbəkəsindəki statusunda bildirib: “Paşinyan rejimi üzündən region tammiqyaslı müharibəyə sürüklənir”.