Rusiyadan NATO-ya qarşı sərt tədbir – Kəşfiyyat fəaliyyətini dayandıracaq

    9

    Rusiya cənuba radar yerləşdirir

    Hurriyyet.org xəbər verir ki, son dövrdə ölkənin cənub hissəsində dəfələrlə Qərb təyyarələrinin qarşısını alan Rusiya bölgəyə inkişaf eləmiş radar sistemlərini yerləşdirməyi qərara alıb.

    Qərb kəşfiyyat təyyarələrinin Qara dəniz üzərindəki uçuşundan, kəşfiyyat fəaliyyətlərinin artmasından narahat olan Moskva hökuməti ölkənin cənub hissəsinə Nebo-UM radar sistemi yerləşdirdiyini açıqlayıb. Ötən şənbə günü fəaliyyətə başlayan radar sistemi, Nebo-U seriyasından olan radarların modernləşdirilmiş versiyasıdır. 3D radar sistemi olan Nebo-UM, NATO sənədlərində Tall Rack kod adı ilə qeyd edilib. Mobil radar sistemi, bütün hava şəraitlərində işləyə bilir və təyyarə, raket, ballistik raket, hipersonik raket başlıqları kimi müxtəlif təhdidləri qeydə ala bilir.

    Hurriyyet.org