Rusiyadan koronovirusa yoluxan vətəndaşı barədə AÇIQLAMA

9

Rusiyanın Azərbaycandakı səfirliyi koronavirus diaqnozu qoyulan Rusiya vətəndaşına kömək edəcək.

Hurriyyet.org “Ölkə.Az”a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Alina Zolotareva REN TV-yə bildirib ki, rusiya vətəndaşı lazımı köməkliyi alacaq.

 "Azərbaycan tərəfi bu vətəndaşın rus olduğunu təsdiqləyib. Biz Azərbaycan tərəfi ilə əlaqədəyik, lazım gələrsə hər bir Rusiya vətəndaşına olduğu kimi ona da köməklik göstərəcəyik ",- deyə o, qeyd edib.

Qeyd edək ki,  Azərbaycanda ilk koronavirus yoluxması qeydə alınıb. Bunun Rusiya vətəndaşı olduğu ortaya çıxıb. O, Azərbaycana İrandan gəlib.