Rusiyadan ABŞ-a ismarıc: “ŞANTAJ İŞƏ YARAMAYACAQ”

    9

    Hurriyyet.org xəbər verir ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Vladimir Putin ilə görüşü rədd eləməsini “şantaj” adlandırıb.

    Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Djabarov Rusiyanın Vladimir Putin ilə görüşünün ABŞ prezidenti tərəfindən təxirə salınması səbəbindən, Kerç boğazında həbs edilən ukraynalı dənizçilər məsələsində mövqeyini dəyişdirməyəcəyini və şantajın faydasının olmayacağını bildirib.

    Cümə axşamı günü ABŞ prezidenti Donald Tramp “Tvitter”dəki açıqlamasında, Kerç boğazında Ukrayna ilə Rusiya arasında baş vermiş toqquşma, ukraynalı dənizçilərin Rusiyada saxlanılması barəsindəki hesabatı oxuduqdan sonra Argentinadakı sammitdə Rusiya prezidenti Putin ilə görüşünü təxirə saldığını yazıb.

    Senator öz açıqlamasında deyib: “Rusiya dənizçilərlə bağlı mövqeyini dəyişdirməyəcək. Bu şantaj işə yaramayacaq”.

    Hurriyyet.org