Rusiyadan Qarabağda yaşayan ermənilərə güclü dəstək –  345 ton yardım göndərir

246

Rusiya Dağlıq Qarabağ ermənilərinə güclü himayədarlıq edir

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin ermənilər üçün nəzərdə tutulmuş humanitar yüklə dolu ikinci maşın karvanı Dağlıq Qarabağa yola düşüb. Nazirliyin açıqlamasında deyilir: “Humanitar yüklə dolu ikinci karvan Rostov vilayətindən yola düşüb, Krasnodar vilayəti ərazisindən keçir. Karvan mənzil başına çatana qədər 630 km məsafə qət edəcəkdir. Ümumilikdə karvana 35 ədəd texnika və 40 nəfər şəxsi heyət üzvü cəlb olunub”.

Rusiya FHN-nin göndərildiyi ilk maşın karvanının bu gün Xankəndinə çatacağı gözlənilir.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi yerli qondarma erməni “bələdiyyələri” ilə birlikdə Xankəndi, Ağdərə, Xocavən və Əsgəran rayonlarına “dəymiş zərəri hesablamağa” davam edirlər.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin hazırladığı iki avtokarvan ilə Xankəndində yaşayan ermənilərə 345 ton humanitar yardım göndərilməsi nəzərdə tutulur. Sosial infrastrukturu və zərərçəkmiş evləri bərpa eləmək üçün xüsusi nəqliyyatla inşaat materialları göndərilir.

Xəbər verdiyimiz kimi, dünən Rusiya Federasiyasının Müdafiə Nazirliyi Xankəndində yaşayan ermənilərin ərzaq təminatında çatışmazlıq olmadığını bildirib. Rusiya MN Xankəndində yaşayış evlərinin və sosial obyektlərin elektrik və su təchizatını bərpa işlərinin davam elədiyini, ərzaq təminatının axsamadığını, çörəkbişirmə sexinin tam gücü ilə fəaliyyətini bərpa elədiyini bildirib. RF MN açıqlamasında deyilir: “Hazırda Stepanakert (Xankəndi – red.) şəhərində un tədarükü və digər təsərrüfat mallarının çatdırılmasında problem yoxdur. Yaxınlıqdakı yaşayış məntəqələrinə çörək çatdırılması işi də təşkil olunub. Ucqar yaşayış məntəqələri ilə kommunikasiya və ictimai nəqliyyatın işi öz axarına qayıdıb, mağazalar işləməyə başlayıb”.

Rusiya Müdafiə Nazirliyi: “Stepanakertdə ərzaq tədarükü ilə bağlı çatışmazlıq yoxdur