Rusiyadan Ermənistana muzdlu döyüşçülər göndərilə bilər – FOTOLAR

78

Qarabağ cəbhəsində ciddi məğlubiyyətlərə uğrayan Ermənistan əsgər qıtlığı ilə üzləşib.

Bu problemi aradan qaldırmaq üçün Ermənistan xüsusi xidmət orqanları Rusiya ərazisindəki erməni diaspor üzvləri ilə muzdlu döyüşçülərin Qarabağa göndərilməsi üçün yeni fəaliyyətə başlayıb.

Rusiya ermənilərinin Moskvada fəaliyyət göstərən “Sebastiya” İdman Klubu Qarabağa könüllü və muzdlu döyüşçülər göndərmək üçün yeni kampaniyaya başlayıb. Prosesə əslən Qarabağdan olan Rusiya vətəndaşı Armen Buşants başçılıq edir.

Rusiya ərazisində ermənilər arasında hərbi-taktiki oyunlar təşkil edən “Sebastiya” klubuna başçılıq edən 36 yaşlı Armen Buşants yaşı 18-dən çox olan, pasporta malik və hərbi geyim dəsti olan bütün şəxsləri hərbi oyunlar adı ilə təlimə dəvət edib.

Erməni xüsusi xidmət orqanları ilə əlaqədə olan Buşantsın Moskvadan Yerevana uçan təyyarə reysləri vasitəsilə onlarla döyüşçünü Ermənistana yola salması ehtimalı yüksəkdir.    //Konkret