Rusiyada zəlzələ oldu

    9

    Rusiyanın şimal-şərqində 4,7 bal gücündə zəlzələ baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamchatskiy şəhərindən 100 cənub-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

    Qeyd edilir ki, şəhərin bəzi ərazilərində zəlzələ 3 bal gücündə hiss olunub.

    Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.