Rusiyada təyyarə qəzası: ölən və yaralananlar var – FOTO/VİDEO

    36

    Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

    Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

    Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.

    İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

    Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.