Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutuldu

    24

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov şəhərində terror aktının qarşısını alıb.

    Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, xidmət əməkdaşları kustar üsulla partlayıcı maddələr hazırlayan və kütləvi məkanda terror aktı planlaşdıran İŞİD üzvünü zərərsizləşdirib.

    Qeyd olunur ki, həmin şəxs əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. Əməliyyat nəticəsində dinc sakinlər arasında xəsarət alanlar olmayıb.