Rusiyada terror aktı planlaşdıran İŞİD-çilər saxlanıldı​​​

    21

    Rusiyada terror aktı törədilməsi cəhdinin qarşısı alınıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Rusiyada terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının 5 üzvü 3-4 may tarixlərində Yaroslavl şəhərində saxlanılıb.

    Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilir ki, axtarış zamanı həmin şəxslərin üzərindən partlayıcı qurğular, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi açılıb. Hazırda zəruri əməliyyat-axtarış tədbirləri və istintaq aparılır.