Rusiyada hər dörd nəfərdən biri psixi xəstədir

    3

    Rusiyada hər dördüncü-beşinci sakin bu və ya digər psixopatologiyadan əziyyət çəkir.

    Hurriyyet.org xəbər verir ki, rusiyalı alimlərin fikrincə, ölkə ərazisində psixi xəstəliklərin yayılma səviyyəsi 20-25 faizdir.

    Ölkədə ən çox yayılan psixopatologiya isə şizofreniyadır. Bu xəstəlikdən Rusiya sakinlərinin 1 faizinin əziyyət çəkdiyi məlum olub.

    Bundan başqa, emosional-depressiv pozuntular da geniş yayılıb./trend/