Rusiyada azərbaycanlılar arasında silahlı insident – ÖLƏN VƏ YARALANANLAR VAR

    18

    Rusiyanın Nadım şəhərində azərbaycanlılar arasında silahlı insident baş verib.

    Hurriyyet.org xəbər verir ki, nəticədə 1 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

    “Malo Yamala” teleqram-kanalının xəbərinə əsasən, biznes sahəsinə görə kriminal qruplaşmalar arasında insident baş verib. Qeyri-rəsmi məlumatlara əsasən, qruplaşmalardan birinə liderlik edən Aqşin Həsənov qətlə yetirilib. Sərbəst güləş üzrə iki məşqçi-Yalçın və Mais Məmmədovlar isə xəsarət alıb.
    Yerli KİV-in xəbərinə əsasən, hüquq-mühafizə orqanları artıq silahlı atışmada iştirak edənlərin şəxsiyyətini müəyyən edib. Hadisə yeri isə şəhər vergi idarəsi yaxınlığında yerləşir. Hazırda istintaq gedir və şahidlər axtarılır./olke.az/