Rusiyada azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu

    9

    Rusiyanın Leninqrad vilayətinin Volxov rayonunda bədbəxt hadisə nəticəsində 24 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

    Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, insident mayın 14-də saat 08 radələrində Vağzal küçəsində yerləşən Şampan şərabları zavodunda baş verib.

    Yükqaldıran maşını idarəedən azərbaycanlı paleti götürdükdən sonra anbarın çıxışında olan yoxuşu texnikanı arxaya idarə etməklə düşməyə çalışıb.

    Yükqaldıran maşın ağırlıq qüvvəsinin təsiri altında aşıb. Sürücü təhlükədən qorunmaq üçün özünü sükan arxasından atsa da, başı ağır texnikanın altında qalıb.

    Təcili tibbi yardım briqadası hadisə yerinə gələnə qədər işçi keçinib.