Rusiyada atom elektrik stansiyasında qəza baş verdi – 3 ENERJİ BLOKU SÖNDÜRÜLDÜ

    3

    Rusiyanın Tver vilayətindəki Kalinin atom elektrik stansiyasında (AES) qısaqapanma baş verib.

    Virtualaz.org “360” telegram-kanalına istinadən xəbər verir ki, qısaqapanmadan dərhal sonra üç enerji bloku söndürülüb.

    Stansiyanın özündən bildirildiyinə görə, radiasiya fonunda dəyişiklik yoxdur, avadanlıq zərər çəkməyib.