Rusiyada yetkinlik yaşına çatmayanlara maşın sürmək icazəsi verilə bilər

132

Rusiya Daxili İşlər Nazirliyi 17 yaşlı yeniyetmələrə maşın sürməyə icazə vermək barədə düşünür. Bu barədə “Kommersant” xəbər yayıb. Ancaq qeyd olunur ki, yetkinlik yaşına qədər yeniyetmənin yanında təcrübəli sürücü olmalıdır.

Nəşr vurğulayır ki, hazırda ölkədə 17 yaşında sürücülük vəsiqəsi almağa icazə verilir, bununla belə, qanunvericiliyə görə, yalnız 18 yaşdan etibarən sükan arxasına keçmək olar. “Daxili İşlər Nazirliyində hesab edilir ki, bir il ərzində əldə edilmiş bilik və bacarıqlar itirilir. Bu səbəbdən, yeniyetmələrin dərhal sükan arxasına keçməsinə icazə verilməlidir, amma deyilən şərtlə”, – deyə nəşr mənbəyə istinadla bildirib.