Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib.
Axar.az xəbər verir ki, yanğın nəticəsində 8 nəfər həlak olub.
Məlumata görə, hadisə Kirov rayonunda, 1982-ci ildə tikilmiş doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib.
İnsidentin səbəbi araşdırılır.