Rusiyada terror aktının qarşısı alındı – ÖLƏNLƏR VAR

51

Rusiyanın Yekaterinburq şəhərində terror aktı hazırlayan üç silahlı xüsusi əməliyyatın gedişatında məhv edilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Terrorçuluğa qarşı Milli Komitənin informasiya mərkəzində bildirilib.

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda terror aktlarına hazırlığın qarşısını alıb. Yekaterinburqun Çkalovsk rayonunda antiterror əməliyyatı keçirilib. Əməliyyatın gedişatında terror fəaliyyətinə cəlb olunmuş üç quldur zərərsizləşdirilib”, – komitədə bildirilib.

Əməliyyatın keçirildiyi yerdə əldəqayırma partlayıcı qurğular, silah-sursat aşkar edilib.