Rusiyada qısa müddət ərzində əhaliyə peyvənd vurulacaq

60

 

Hurriyyet.org xəbər verir ki, Rusiyada Kovid-19 virusuna qarşı peyvəndin əhaliyə vurulacağı rəsmi tarix açıqlanıb. Ən geci bir ay ərzində kütləvi şəkildə peyvənd vurulmasına başlanacaq.

Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Qamaleya Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan və Rusiya prezidenti V.Putin tərəfindən müsbət nəticələri elan edilən “Sputnik-V” koronavirus peyvəndinin əvvəlcə tibb işçilərinə, sonra isə digər vətəndaşlara vurulacağı bəyan edilib. Peyvəndin istehsalı dövlət tərəfindən dəstəklənir. Peyvəndin vurulması 3 mərhələdə həyata keçiriləcək. Əvvəlcə qeydə alınan şəxslərə 7-10 gün ərzində peyvənd vurulacaq. Ardından əhalinin kütləvi peyvənd edilməsinə başlanılacaq – bu 3 həftə, yaxud da 1 ay vaxt aparacaq.

6 ay ərzində əhalinin peyvəndləşməsinin başa çatdırılması planlaşdırılır.