Rusiyada qar uçqununun altından daha bir qurban çıxarıldı

60

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ-xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından хilasedicilər körpənin meyitini tapıblar. Daha əvvəl hadisə yerində qadın meyiti tapılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən könüllü deyib.

Bildirilir ki, uçqununun sahəsi təxminən 500-600 kv.m., qar örtüyünün qalınlığı isə orta hesabla 3 metrdir. Kompleks ərazisindəki temperatur 25 dərəcə şaxtaya çatır.