Rusiyada PUA-lara qarşı yeni lazer silahlar yaradılır

78

“Rusiyada pilotsuz uçan aparatlarla (PUA) mübarizə çərçivəsində yeni lazer sistemləri yaradılır”.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə müsahibədə bildirib.

Nazir müavini qeyd edib ki, hazırda düşmənin PUA-larına qarşı “Peresvet” kompleksindən başqa optik və optik-elektron vasitələrlə təchiz edilmiş digər lazer komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilir: “Zirehli maşınlara sözügedən atəş silahları quraşdırılır ki, bu da hücum edən həssas silahlara – PUA-lara qarşı mübarizəni qarşılayacaq. Havadakı elektron avadanlığın funksional şəkildə məhvi üçün radiotezlik kompleksi də hazırlanır”.

A.Krivoruçko əlavə edib ki, ötən ilin sonundan etibarən bütün “Peresvet” lazer kompleksləri artıq silahlanmaya qəbul edilib.