Rusiyada “prezidentin ən gözəl mühafizəçisi” niyə işdən çıxarıldı?

387
?????????????????????????????????????????????????????????

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi Anna Xramtsovanın paylaşdığı şəkil onun başına bəla olub. “Rusiya Qvardiyasının gözəli” fotomüsabiqəsində mindən artıq namizədi arxada qoyaraq birinci yeri tutmuş 32 yaşlı Anna Xramtsova qanunu pozmaq ittihamı Sverdlovsk şəhərində xidmət elədiyi milli qvardiya sıralarından xaric edilib.

Qadın xidməti maşında çəkildiyi videonu “İnstaqram” şəbəkəsində  paylaşmaqla qanuni pozub.

Anna isə öz açıqlamasında həddən artıq gözəl olduğu üçün digər qadın həmkarları tərəfindən paxıllıqla qarşılandığını və bu səbəbdən həmin şəxslərin video bəhanəsi ilə onun işdən çıxarılmasına səbəb olduğunu iddia edib.