Rusiyada manekenlərə ziyarətçilərin temperaturunu ölçmək “öyrədilib”

7

Uşaq poliklinikasının girişinə bədən hərarətini ölçən və gələnlərə antibakterial gel “təklif edən” manikenlər quraşdırılıb. Rusiyanın Rostov-na-Don şəhərindəki yeni innovasiya barədə “RİA Novosti” xəbər yayıb.

Klinikanın baş həkimi Artyom Levçin uşaqlara rahat olsun deyə, manekenlərin boyunun bir metrdən artıq olmadığını bildirib. Levçinin sözlərinə görə, bu işlər nəinki klinikada işləyən həkimlərin yükünü azaldır, həmçinin poliklinikaya gələnlərin əhvalını yüksəldir.