Rusiyada Kovid-19-a yoluxanların sayı 740 min nəfərə çatmaqdadır

36

Hurriyyet.org xəbər verir ki, Rusiyada yeni tipli koronavirusa yoluxanların sayı 740 min nəfərə yaxınlaşıb. Ölkədə 739 947 yoluxma, 11 614 ölüm halı qeydə alınıb. Son sutka ərzində 175 nəfər xəstəlikdən dünyasını dəyişib, 8 804 nəfər isə Kovid-19 virusundan sağalıb. Xəstəliyə yeni yoluxanların 24,5%-də simptomlar görünməyib.

Rusiyanın insan rifahı və iztehlakçıların hüququ sahələrini üzrə federal xidmət idarəsi olan “Rospotrebnadzor”un başçısı Anna Popovanın imzadağı qərara görə, 15 iyul tarixindən etibarən Rusiyaya daxil olan vətəndaşlara Kovid-19-la bağlı tətbiq edilən 2 həftəlik evdə izolyasiya məcburiyyəti ləğv edilib.

Rusiya vətəndaşları ölkədə daxil olduqdan sonra 3 gün ərzində icbari şəkildə Kovid-19 testindən keçməlidirlər.

Ölkəyə daxil olan əcnəbilər isə sərhəddə Kovid-19 virusuna yoluxmadıqlarına daxil ən geci 3 gün əvvəldən alınan sağlamlıq arayışını göstərməli, arayışın olmadığı təqdirdə 3 gün ərzində icbari şəkildə Kovid-19 testindən keçməlidirlər.

Paytaxt Moskvada 30 mart tarixində başlanmış küçəyə çıxmaq məhddiyyəti 9 iyun tarixində ləğv edilmişdi.

Hurriyyet.org