Rusiyada koronavirusa yoluxanların sayı İranı ötdü

21

Rusiyada son bir gündə 6 411 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 93 558 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 72 nəfər artaraq 867-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 456 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 075.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 066 000-i ötüb. Bunların 923 448 nəfəri sağalıb, 211 663 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report/