Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24

Rusiyada koronavirusa yoluxanların sayı 1,03 milyon nəfəri keçib.

Musavat.com-un məlumatına görə, ölkədə son sutka ərzində 5 min 185 nəfər virusa yoluxub, 51 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1  milyon 30 min  690 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 min 871 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 843 min 277 nəfər virusdan sağalıb, 169 min 542 nəfərin müalicəsi isə davam edir.