Rusiyada helikopter qəzaya uğrayıb, bir nəfər itkin düşüb

60

Rusiyanın Voloqda vilayətinin Nyuksensk rayonunun Bobrovsk kəndinin yaxınlığında helikopterin yüksək gərginlikli xəttə çarpılması nəticəsində çaya düşüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nyukensk rayon administrasiyasının başçısı Svetlana Terebova bildirib.

Onun sözlərinə görə, helikopterin göyərtəsində bir nəfər olub. Onu sudan çıxarmaq hələlik mümkün olmayıb.

Report.az