Rusiyada hərbi hissədə KORONAVİRUS AŞKARLANDI

72

Rusiyanın Sverdlovsk vilayətində yerləşən bir hərbi hissənin 20 hərbçisində koronavirus testinin nəticəsi müsbət çıxıb.

Müayinə zamanı dörd nəfərdə koronavirusun aktiv olduğu müəyyənləşdirilib və həmin şəxslər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Rusiya yeni koronavirusa yoluxanların ümumi sayına görə (362.342) hazırda üçüncü yerdədir. \\Report