Rusiya XİN-in Azərbaycandan gözləntiləri – “Tapşırıqlar arasında…”

    15

    Azərbaycanın iyul-dekabr aylarında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində tapşırıqlar arasında təşkilatın müsbət, gündəliyin siyasiləşdirilməsindən uzaq işinin qorunub saxlanması yer alır.

    Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı deyib:

    “Azərbaycanın sədrliyinin tədbirlər təqvimi bizim bildiyimiz qədər hələ formalaşdırılır. Ümid edirik ki, bu, təşkilatın üzv ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə yönələcək. Biz ümid edirik ki, nazirlər səviyyəsində görüşlər, müxtəlif orqanların, o cümlədən energetika, nəqliyyat, mədəniyyət, fövqəladə hallarda əməkdaşlıq, mütəşəkkil cinayətkarlıqla mübarizə, ticarət, iqtisadi inkişaf, turizm, kiçik və orta sahibkarlıq sahələrində tədbirlər nəzərdə tutulub”.