Rusiya və BƏƏ razılaşdı – VİZA REJİMİ LƏĞV EDİLİR

    18

    Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında müvafiq sənəd imzalanıb.

    Qeyd olunur ki, ötən il Rusiyadan BƏƏ-yə turist axını 50 faizdən çox artıb.

    Bildirilir ki, BƏƏ-yə 750 mindən çox rusiyalı turist səfər edib ki, onlar ölkə iqtisadiyyatına 2,3 milyard vəsait gətirib.