Rusiya Suriyanı vurdu: 44 ÖLÜ

    6

    Rusiya aviasiyanın Suriyanın şimal-qərbində yerləşən Zardana yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 44 dinc sakin həlak olub.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Yaralıların sayının 60 nəfərə çatdığı bildirilib.

    Ölənlərdən 11-i qadın, 6-sı isə uşaqdır.

    Rusiya Müdafiə Nazirliyi Zardana yaşayış məntəqəsinə aviazərbə endirdiyi barədə yayılan xəbəri təkzib edib.