Rusiya regionda dəhşətli müharibəyə hazırlaşır – EKS-NAZİR HƏR ŞEYİ AÇDI

    3

    Rusiya Yaxın Şərqdə İsrailin rəqibi deyil, baxmayaraq ki, Moskva Təl-Əvivin düşməni olan “şiə oxu”nu dəstəkləyir.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrailin Müdafiə Nazirliyinin keçmiş rəhbəri Moşe Yaalon “RİA-Novosti” agentliyinə bildirib.

    Onun sözlərinə görə, Rusiyanın Suriya da daxil olmaqla, Yaxın Şərqdəki proseslərə cəlb olunmasının müsbət tərəfi ondan ibarətdir ki, Moskva İsrailin İran və Livanın “Hizbullah” tərəkatı ilə münasibətlərdə gərginliyin zəiflədilməsinə kömək edə bilər.

    “İndi mənfi tərəfdən danışaq. Anlayırıq ki, Rusiya hökuməti və “Hizbullah” arasında birbaşa münasibət yoxdur. Amma Rusiyanın Suriyaya çatdırdığı silahların son istifadəçisi bir çox hallarda “Hizbullah” olur. İkinci Livan müharibəsi zamanı bizə qarşı Rusiya istehsalı olan “Kornet” tank əleyhinə komplekslərini istifadə etdilər. Onlardan hətta Qəzza sektorunda da var. Rusiyanın Suriyadakı proseslərə cəlb edilməsinin belə mənfi tərəfləri var”, – keçmiş nazir əlavə edib.

    Xatırladaq ki, İsrail hakimiyyəti daha əvvəl də Rusiyanın “Hizbillah” hərəkatına silah təchizatı ilə əlaqəsinin olmadığını açıqlayıb. Lakin israillilərin məlumatına görə, İranın göstərişi ilə “Kornet” kompleksləri də daxil olmaqla Suriya ordusunun arsenalındakı silahlar “Hizbullah”a çatdırılır.

    Qeyd edək ki, İsrailin aprelin Suriyada hökumət qüvvələrini və İrana məxsus hərbi bazaları bombalamasından sonra Rusiyanın bu ölkəyə S-300 zenit-raket kompleklərini çatdıracağına barədə xəbərlər yayıldı.

    ABŞ, Fransa və Britaniyanın Duma şəhərindəki kimyəvi hücuma cavab olaraq Suriyaya endirdiyi hava zərbələrindən (aprelin 13-də – red.) sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə hazır olduğunu bildirmişdi. Lakin, Moskvanın hələ ki, Suriyaya S-300-lərin tədarükü ilə bağlı yekun qərara gəlmədiyi bildirilir.

    Ötən həftə TASS agentliyinin yazdığına görə, Moskva bir ay ərzində Suriyaya S-300 kompleksləri göndərə bilər.

    İsrail isə bu xəbərlərə çox sərt reaksiya verdi. Rəsmi və qeyri-rəsmi mənbələrdən bildirildi ki, İsrailin Hərbi Hava Qüvvələri S-300-ləri məhv edə bilər.

    Mövzunu şərh edən ABŞ-ın hərbi dəniz qüvvələrinin 1-ci dərəcəli kapitanı Harri Tabax ötən həftə söylədi ki, Rusiya S-300 hava hücumundan müdafiə sistemlərini Suriyaya deyil, İrana verir. Onun sözlərinə görə, Moskva bununla israillilər və iranlıları birbaşa qarşıdurmaya təhrik edəcək.

    Amerikalı zabit Rusiyanın S-300 zenit-raket kompleksinin Suriyaya verilməsinə təəccübünü ifadə edib. Amerikalı zabitin sözlərinə görə, bu silahların birinci dərəcəli hədəfləri israillilərdir.

    “S-300-lər “sualtı qayıqlar və ya gəmilərdən buraxılan Tomaqavk” (ABŞ istehsalı və uçuş mənzili 2500 km olan qanadlı raket – red.) raketlərinə qarşı işləmir. Bu, təyyarələrə qarşı hava hücumundan müdafiədir. Suriyada İsrail təyyarələri tez-tez olur. İsrail təyyarələrini vurmaqdan başqa heç bir hədəf yoxdur”, – Tabax bildirib.

    Zabitin fikrincə, Rusiya İsrail və İranı birbaşa toqquşmaya itələyir: “Rusiya Suriyaya, əslində İrana müasir silahlar çatdırmaqla İsrail və İranı birbaşa toqquşmaya itələyir. Məndə belə təəssürat var ki, İsrail və İran arasında birbaşa toqquşma olacaqsa, bu Rusiyanın sayəsində olacaq. Rusiya dünya cəmiyyətini danışıqlar stolu arxasına oturmağa məcbur etmək və təsir linginə malik olmaq üçün növbəti faciəni yaradır. Biz anlayırıq ki, bu silahlar Suriyaya deyil, İrana veriləcək. Çünki, Suriya artıq mövcud deyil, orada İran mövcuddur. Rusiya orada iranlılara bazalar tikməyə kömək edir”.