“RUSİYA RAKETLƏ VURUB!”

    3

    Hurriyyet.org xəbər verir ki, “Röyters” informasiya agentliyinin verdiyi xəbərə görə, Hollandiya ilə Avstraliya 2014-cü ildə Ukraynanın hava məkanında qəzaya uğrayan “Malesia Airlines” şirkətinə məxsus təyyarənin Rusiya tərəfindən raketlə vurulduğu ittihamını irəli sürüblər.

    İstintaqın nəticələri açıqlanandan sonra Hollandiya ilə Avstraliya bu gün Rusiyanı rəsmi şəkildə ittiham ediblər. Hollandiyanın rəhbərlik elədiyi istintaq qrupu raketin Kursk şəhərində yerləşən rus hərbi bölməsi tərəfindən atıldığını iddia edir. Amsterdamdan Malayziyanın paytaxtı Kuala Lumpura gedərkən iki yerə parçalanan təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu.

    BUK raketi ilə vurulan təyyarə Ukraynada Rusiyanın dəstəklədiyi üsyançı qüvvələrin əlində olan bölgənin üzərindən keçirdi.

    Hurriyyet.org