Rusiya qorxusu və ya “Londonqrad”ın problemləri: “OLİQARX OVU” CİDDİLƏŞİR

    6

    Böyük Britaniyada Rusiya oliqarxlarının pullarının dondurulmasından danışırlar. Lakin bu, Putin və onun rejiminə nə dərəcədə mənfi təsir göstərəcək? Qərb mətbuatı Kremlin sahibini “pulla qorxutmağın” faydası olmayacağını düşünür.

    “Böyük Britaniya hakimiyyəti tərəfindən hesablarının dondurulması gözlənilən 130 şəxsin əksəriyyəti ya rusiyalı oliqarxlar, ya da onlara yaxın multimilyonerlərdir”, – “The Sunday Times” qəzeti yazır.

    Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyində (NCA) iqtisadi cinayətlər və kibercinayətlər idarəsinə rəhbərlik edən Donald Tun komandasının Rusiyadan gələn və hardan varlandığı məlum olmayan 120-130 şəxsi ciddi surətdə araşdırdığını deyib.

    “Biz əsasən korrupsiyalaşmış elitaları və onların qarət yolu ilə əldə etdiyi sərvətlərini hədəfə almışıq. Bizim üçün kimin hansı ölkənin vətəndaşı olmasının fərqi yoxdur”, – Tun jurnalistlərə bildirib.

    Tunun gurultulu bəyanlarına rəğmən “The SundayTimes” Britaniya hakimiyyətinin iş-gücünün yalnız Rusiya oliqarxları və ya onlara yaxın şəxslər olduğunu qeyd edir.

    Картинки по запросу russian oligarchs great britain

    “Artıq ruslar özlərini Londonun “Soho” barında Moskvadakı “Soho Rooms” gecə klubundakı kimi rahat hiss etməyəcəklər. Birdən-birə oliqarxlar Qərb üçün həddən artıq ruslaşmış, Rusiya üçün üçün isə qərbləşmiş kimi görünməyə başladılar”, – “Financial Times”dan Maks Sedon yazır.

    “Sən hətta sanksiya atında olmasan belə, yenə də ögeyləşmiş münasibəti hiss edirsən. Banka gedirsən, hətta nəzarət şöbəsi belə, üzünə baxmaq istəmir”, – rusiyalı oliqarxlardan birinin yaxın dostu jurnalistə söyləyib.

    Maks Seddon rusiyalı milyarderlərin sıxışdırılmasının gözlənilən effekti verəcəyinə şübhə ilə yanaşır: “Keçən əsrin 90-cı illərində hesab olunurdu ki, Rusiyada real hakimiyyət oliqarxların əlindədir. Putin bu qüvvələr balansını dəyişdirdi. Bunun nəticəsində bir çox milyarderlər hakimiyyətdəm nəyisə uman adamlara çevrildilıər. Rusiyada indi əsas fiqurlar Putinin uşaqlıq və gənclik dostlarıdır. Putin prezident seçildikcə onlar dövlət layihələrində yerinə yetirdikləri sifarişlər sayəsində külli miqdarda sərvət topladılar. Krım işğal ediləndə ABŞ bu oliqarxların Putini fikrindən daşındıracağını düşünərək, onlara qarşı sanksiya tətbiq etdikdə isə onlar Putinin ətrafında daha da sıx birləşməyə məcbur oldular”.

    Картинки по запросу путин олигархи

    “Əgər siz düşünürsünüzsə ki, biz Putinin yanına gedib ona nə etməyin lazım olduğunu söyləyə bilərik, bu, o deməkdir ki, siz Rusiyanı heç tanımırsınız”, – rusiyalı oliqarxlardan biri şikayətlənib.

    Həmin oliqarxın dediyinə görə, bu münaqişədə Putin bir şey itirmir. Birincisi, Rusiyadan çıxarılan və Qərb şirkətlərində yerləşdirilən kapital geri dönə bilər. İkincisi, Putin elitası ölkənin əsas strateji sahələrinin özəl əllərdə olmasını artıq istəmir.

    “Putin indi əsl kefdədir. Rejim qalib gəlir, bu da oliqarxlara nifrət edən xalqın xoşuna gəlir”, – qəzet qeyd edir.

    Картинки по запросу путин олигархи

    “The Times” qəzetində isə rusiyalı milyarder Roman Abramoviçdən bəhs olunub. Yazı müəllifi Mett Hyuz Çelsinin sahibinin hətta İsrail pasportu ilə olsa belə, bir daha Böyük Britaniyaya ayaq basması halında həbs oluna biləcəyini yazıb.

    “Qanunlara görə, İsrail vətəndaşı olan şəxslərin Böyük Britaniyaya “biznes ziyarətçi” statusu ilə vizasız gəlmək hüquq var. Lakin Böyük Britaniyanın immiqrasiya qanunun V4.2(B) paraqrafına görə, biznes ziyarətçilər Birləşmiş Krallıqda ardıcıl və uzun müddətdə yaşaya bilməzlər. Daxili İşlər Nazirliyi R.Abramoviçi buna görə diqqətlə izləyəcək”, – dövlət mənbələrindən qəzetə bildirilib./musavat.com/