“Rusiya qırıcılarına müdaxilə elədik” – BELÇİKADAN AÇIQLAMA

    18

    Hurriyyet.org xəbər verir ki, Belçika Hava Qüvvələri Baltik dənizində icazəsiz uçduqlarını iddia elədiyi Rusiya hərbi təyyarələrinə müdaxilə elədiklərini bəyan edib.

    Açıqlamada Baltik dənizində xidmət edən Belçika donanmasına tabe olan gəmilərin regionda icazəsiz uçan Rusiya qırıcılarını qeydə aldıqlarını, Belçika Hava Qüvvələrinə tabe olan F-16 hərbi təyyarələrinin də NATO-nun hava məkanının bütövlüyünü qorumaq üçün icazəsiz uçan Rusiya təyyarələrinin qarşısını qalmaq üçün havaya qalxdıqları deyilir.

    Belçika Hava Qüvvələri Rusiya qırıcılarının təsvirlərini sosial media hesablarında da paylaşıb.

    Hurriyyet.org