Rusiya Krıma yeni S-400 sistemlərini yerləşdirir – Ukrayna ilə gərginlikdən sonra

    51

    Hurriyyet.org xəbər verir ki, S-400 hava hücumundan müdafiə sistemindən olan yeni divizion cari ilin axırına qədər Krımda xidmət eləməyə başlayacaq. Yeni zenit-raket kompleksi “Triumf” (Zəfər) adlanır. Məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev verib.

    C-400 “Triumf” mobil çoxkanallı zenit sistemi mühüm siyasi idarəçilik, iqtisadi və hərbi obyektlərin müdafiəsi üçün nəzərdə tutulub.

    Hurriyyet.org