“Rusiya ilə münasibətlərdə yeni addımlar atılmalıdır” – Gürcüstan Prezidenti

    30

    “Rusiya ilə münasibətlərdə tərəfdaşlarımızla birlikdə yeni addımlar atmalıyıq”.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, bu addımlar güzəşt və ya kompromis deyil, sövdələşmə olmalıdr.

    S. Zurabişvili deyib ki, Rusiya Gürcüstanla və bütün regionla yeni qonşuluq münasibətləri qurmaq istəyirsə, bu, hər kəsin marağına cavab verir. 

    Gürcüstan Prezidenti qeyd edib  ki, hər hansı bir məsələ güc yolu ilə həll edilməməlidir.