RUSİYA İDLİBİ BOMBALADI: uşaqlar da daxil, 26 nəfər həlak oldu

3

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Hava Kosmik Qüvvələri Suriyanın İdlib şəhərini bombaması nəticəsində 26 nəfər dinc sakinin həlak olduğu, Hələb  əyalətinin yaşayış məntəqəsinin sakinlərinin evlərini tərk elədiyi bildirilir.

“Anadolu Agentliyi”nin məlumatına görə, Rusiyanın HKQ-nin 21 yanvar tarixində İdlib atəşkəs zonasındakı yaşayış məntəqələrinə zərbələri nəticəsində həlak olmuş 26 nəfərin arasında uşaqlar da var.

Suriyada fəaliyyət göstərən “Ağ dəbilqəlilər”in açıqlamasında bombardmanlar nəticəsində Bara kəndində 2 nəfərin, Kafr Teal kəndində 9 nəfərin, o cümlədən, bir ailənin 6 uşağının, Takad kəndində 1 uşağın, Cidraedə 2, Termanində 1, Kafr Nahedə 2, İdxabda 1, Kafr Nuranda 8 nəfərin həlak olduğu bildirilir.

Hələb əyalətinin Bəşər Əsədə müxalif olan qüvvələrin nəzarətində olan yaşayış məntəqələrinin sakinləri öz evlrini tərk edib Türkiyə ilə sərhəd ərazilərə qaçmağa davam edirlər.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, İdlibdə atəşkəsin ealan olduğu 12 ynavar tarixindən bəri Suriya hökumətinin və onun müttəfiqlərinin zərbələri nəticəsində 62 nəfər dinc suriyalı həlak olub. 31 500 nəfər aviasiya, artilleriya və minaatanların atəşi altında qalmış evlərini tərk eləyib.

Hurriyyet.org