RUSİYA HƏRBÇİLƏRİ SƏRHƏD QAPISINA ÇATDI

    6

    Ruslar İordaniya sərhədində

    Hurriyyet.org xəbər verir ki, Suriyanın cənub-qərbində Suriya hökuməti və tərəfdarları ilə müxalifətçilər arasında dünən əldə edilən atəşkəsdən sonra Rusiya hərbçiləri İordaniya ilə Suriya arasındakı Nassib sərhəd qapısına çatıblar.

    Müxalifətçilərlə Rusiya arasında əldə edilən atəşkəs razılaşmasından sonra Rusiya hərbi karvanı İordaniya ilə Suriya arasındakı Nassib sərhəd qapısına çatıblar.

    Xəbər vediyimiz kimi, Cənubi əməliyyat palatasının mətbuat nümayəndəsi olan Hüseyn Ebu Şeyma “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında müzakirələrdə razılaşma əldə edildiyini söyləyib. Ebu Şeyma deyib: “Razılaşmaya görə, müxalifətçilər ağır silahlarını təslim edəcəklər. Rusiya hərbi polisi İordaniya sərhədindən başlayaraq, mərhələli şəkildə bölgəyə daxil olacaq. Razılaşmanın tətbiq edilməyə başlamasından sonra bölgəni tərk eləmək istəyən müxalifətçilər ailələrini də özləri ilə götürərək çıxa biləcəklər”.

    350 min nəfərdən artıq dinc əhali didərgin düşüb

    Suriya dövləti qüvvələri və dəstəkçiləri ölkənin cənub-qərbindəki Derada iyunun 10-dan etibarən müxalifətçilərin əlində olan bəzi nöqtələri ələ keçirmiş, iyunun 20-dən isə Rusiyanın hava hücumları başlamışdı.

    Bölgədəki mülki müdafiə qrupları hücumlarda didərgin düşən əhalinin 350 min nəfərdən çox olduğunu bildirmişdi.

    Dera ve Kuneytra, Astana prosesinin təminatçıları olan Türkiyə, İran və Rusiyanın 2017-ci ilin mayında yaratdıqları 4 ədəd gərginliyin azaldılması məntəqəsinə daxildir.

    Rusiya, ABŞ və İordaniya 2 ay sonda Dera və Kuneytra ilə bağlı xüsusi razılaşma imzalamışdılar. Bundan sonra ABŞ bölgədə dəstəklədiyi müxalifərçilərə yardımlarını kəsmişdi.

    Hurriyyet.org