Rusiya hökuməti istefaya gedib

    18

    Rusiya hökuməti istefaya gedib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, bu gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

    Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

    Dövlət başçısı Nazirlər Kabinetinin üzvləri ilə bağlı yaxın günlərdə Rusiya parlamentinə namizədlər siyahısını təqdim edəcək.